Əsas Səhifə > Ölkə, Manşet > Gədəbəyin icra başçısı ilə bağlı daha bir iddia...
Gədəbəyin icra başçısı ilə bağlı daha bir iddia...16-02-2016, 10:12 |
Bu günlərdə redaksiyamıza Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə bağlı yerli mənbələrdən maraqlı məlumat daxil olub. Mənbənin verdiyi məlumata görə rayona ayrılan büdcə vəsaitlərinin azalmasından dolayı gəlirləri azalan icra başçısı bütün diqqətini ünvanlı sosial yardımlara tərəf çevirib. Əvvəllər də qeyd etdiyimiz kimi bu rayonda kənd icra nümayəndələri yardım alan adamlardan əvvəllcədən yardımın 4-6 aylıq məbləğini alaraq ƏSMM direktoru Maqsud Məmmədovla bölüşdürürdü. Rüşvət verməyən adama icra nümayəndəsi də arayış vermirdi. Nümayəndələrin aldığı rüşvətin əsas hissəsi sonradan icra başçına çatdırılırdı. Qeyd etdiyimiz kimi başqa mənbələrdən gəliri azalan R.Yediyarov keçən ilin iyun ayından başlayaraq Maqsud Məmmədovun payına da göz dikməyə başladı. Belə kİ, başçı ona 10-15 min manatlıq aylıq haqq qoydu. Əsl həngamə də bundan sonra başladı. Həm nazirliyin, həm də icra başçısının tələblərini qarşılamaqda çətinlik çəkən Maqsud müəllim başçıya təzyiq göstərmək üçün nazir Səlim Müslümova müraciət etməli oldu. R.Yediyarovun özbaşınalığından qəzəblənən nazir dərhal Soltan adlı əməkdaşını Yediyarovun yanına göndərərək başçıdan tələb etdi ki, M. Məmmədovdan aylıq haqq tələb etməyi dayandırsın. Ancaq məsələ bununla bitmədi. Ağır xərcdən canını qurtarmış M. Məmmədovun sevinci uzun çəkmir. “Sobez”dən əlini çəkməyə məcbur olmuş R.Yediyarov icra nümayəndələrindən yardım arayışının sayına görə alınan haqqı iki dəfə qaldırdı. Bax beləcə, bəhsə düşmüş bu iki dövlət qurumu rayonda kasıb camaata verilən yardım talan etməkdə davam edir. Geri qayıt |