Əsas Səhifə > Ölkə, Manşet > "Bələdiyyə sədri məndən rüşvət istəyir"

"Bələdiyyə sədri məndən rüşvət istəyir"


26-02-2016, 09:33
"Bələdiyyə sədri məndən rüşvət istəyir"
DİA.AZ: - DİA.AZ-a müraciət edən Göyçay Rayonu Cəyirli kəndi sakini Adıgözəlov Vahid Arif oğlunun narazılığı yerli bələdiyyədədndir. Şikayətçi yazır:

"Göyçay rayonu Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev mənə məxsus 26 ha pay torpaq sahəmin sənədlərini məhv edib buna görə reyestr çıxarışı ala bilmirəm.Bələdiyyə sədri Fuad Nəbiyevin məqsədi buna görə məndən pul almaqdır.Mən bu barədə Əmlak Məsələləri Komitəsinin Ucar rayon şöbəsinə müraciət etdikdə bildirdilər ki,həmin yer sənindir buna görə bələdiyyə sənə sənəd verməlidir ki, dövlət qeydiyyatına alınıb reyestr çıxarışı verilsin.Bələdiyyə səri isə özbaşınalıq edib həmin sənədi mənə vermək istəmir, məndən buna görə pul istəyir".

"Bələdiyyə sədri məndən rüşvət istəyir"

Daha sonra dia-az.life-a daxil olan müraciətdə qeyd olunur: "Bu necə olur ki, öz qanunu torpağımı özümə satmalıdır.Bu barədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olub şikayətimi bildirsəmdə heç bir qanunu tədbir görülmür.Çünki bələdiyyə sədri icra başçısına haqq verir mən isə kasıb kəndliyəm.Buna görə də sözüm keçmir qanun mənim tərəfimdə olsada haqsızlığa düçar olmuşam. Bildirirəm ki, aqrar islahatlar zmanı Cəyirli kəndində 26 ha torpaq sahəsi mənə verilmişdir.Ancaq indiyə qədər rüşvətxor bələdiyə sədrinin tamahına görə həmin pay torpaq sahəmin sənədlərini ala bilmirəm, gizlədib özümə vermir. Kəndlinin iş yeri, gəlir mənbəyi onun torpağıdır.Ancaq Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin qanunsuz əməlləri nəticəsində mən 26 ha. torpaq sahəmdən istifadə etməkdən məhrum edilmişəm.İki qardaş Cəyirli kəndini çapıb talayırlar.Fuad Nəbiyevin qardaşı Fərhad Nəbiyev kəndimizin İcra nümayəndəsidir.Nəbiyevlər kəndin başına ip salıb pis günə qoyublar.Özlərinin isə ölçüsü bilinməyən torpaqları var.Bələdiyyə sədri kəndin torpağını saxtakarlıqla satıb talayıb".

"Bələdiyyə sədri məndən rüşvət istəyir"

Narazı vətəndaş dia-az.life-a yolladığı məktubunu belə bitirir: "Bu barədə Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadəyə, Göyçay Regional Ədliyyə Şöbəsinə müraciətlər etmişəm, ancaq heç bir tədbir görülmür.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən 26 ha. torpaq sahəmin şəhadətnaməsinin özümə qanunu qaydada verilməsinə köməklik edəsiniz və Cəyirli bələdiyyəsinin korrupsiyaya qurşanmış sədri Fuad Nəbiyevin barəsində qanunu tədbir görəsiniz".

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt