Əsas Səhifə > Ölkə, Manşet > Lisenziyası ləğv edilmiş "GəncəBank"dan yeni fırıldaq...

Lisenziyası ləğv edilmiş "GəncəBank"dan yeni fırıldaq...


3-03-2016, 09:14
Lisenziyası ləğv edilmiş "GəncəBank"dan yeni fırıldaq...
DİA.AZ: - Liseziyası alınaraq müflis edilən Gəncəbank facebook sosial şəbəkəsində bankın adından lisenziyalarının bərpa edilməsi və işə başlamaları ilə əlaqədar olaraq müştərilərə müraciət edib. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Xəbər müəllifi daha sonra yazır: "Görəsən dövlətin Mərkəzi Bankı hara baxır? Dezinformasiya yayaraq çaşqınlıq yaradan özbaşına bank rəhbərliyi niyə at oynadır? Külli miqdarda SKMF kreditlərini məqsədli şəkildə talayan, saxta sənədlər əsasında kreditləri mənimsəyən və dost tanışa paylayan Gəncəbank kimə və nəyə arxayın olub dezinformasiya yayır?"

Bu da həmin səhifənin linki: https://www.facebook.com/GandjaBank/?fref=ts

Lisenziyası ləğv edilmiş "GəncəBank"dan yeni fırıldaq...

DİA.AZ bildirir ki, həmin "facebook" səhifəsində müştərilərə bu şəkildə müraciət xitab olunub:

""Gəncə Bank" ASC olaraq uzun müddət çətinliklərdən sonra artıq lisenziyası bərpa olunur. Bütün Gəncə Bank müştərilərini təbrik edirik.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinəgörə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilmişdi".

Gəncəbankda baş vermiş maliyyə maxinasiyaları, xüsusilə SKMF vəsaitlərinin bankın aidiyyatı şəxslərinin bir qismi tərəfindən qabaqcadan əlbir olaraq mənimsənilməsi faktı ədliyyə qurumlarında olan mötəbər mənbəmiz tərəfindən təsdiqini tapıb. Belə ki, redaksiyamıza müraciət edən bir qrup keçmiş Gəncəbank müştəriləri onların əslində heç bir kredit götürmədikləri halda bank tərəfindən saxta ödənişlərə cəlb edilməklərindən şikayət etdilər.

Saxta sənədlərə müştərilər tərəfindən guya imza atılaraq pulların alınması faktı təsdiq və ya təkzib üçün ekspertizaya göndərilib. Külli miqdarda vergidən yayınma və vergi cinayətləri faktları da bankdan yan keçməyib. Girov sənədlərinin saxta olduğu və bir sıra rəsmi dövlət qurumlarından alınan sənədlərin əslində saxta çıxdığını müəyyən edən ləğvetmə komissiyası növbəti addım olaraq bankdakı aidiyyatı şəxslərə, başda bankın keçmiş müşahidə şurasının sədri, adı müxtəlif korrupsiya əməllərində hallanan Pərvanə Novruzovaya qarşı cinayət işinin başladılmasına təkan verə bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt