Əsas Səhifə > Ölkə, Manşet > Sabirabad təhsili ilə bağlı iddialar...
Sabirabad təhsili ilə bağlı iddialar...27-04-2016, 09:29 |
DİA.AZ: - Sabirabad sakini Anar Ağabəyli Təhsil Naziri Mikayıl Cabbarova açıq məktub ünvanlayıb. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir: "Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarova! Hörmətli cənab Nazir! Yaxın günlərdə müvafiq qəqrarınıza əsasən diroktorların işə qəbulu ilə bağlı test imtahanı keçirilmişdir. Test imtahanı bir tərəfdən yaxşıdır ki direktorlar xüsusi biliyə və idarəçilik qabliyyətinə malik olan insanları müəyyən edəcək. Amma çox təəsüf hissi ile qeyd edirəm ki, Sabirabad rayonu üzrə vakansiyalar üzrə elə insanlar sizin tətbiq eddiyiniz testdən keçib ki bir daha insanda sizin yaratdığınız bu qaydaların şəffavlığına şübhə oyadır. Bunu deməyə bir neçə faktım var və xahiş edirəm bu məsləni cox ciddi araşdırarsız və nəticəsinidə bilərsiz. 1. Qalaqayın kənd orta məktəbinə imtahandan keçmiş Əliyev Əhəd Abbas oğlu. Əliyev Əhəd Abbas oğlu Sabirabad rayonu 8 saylı beynəlmiləl tam orta məktəbin tdəris işləri üzrə müavini vəzifəsində çalışaraq məlum səbəblərə görə məktəbdən qovulmuşdur. Sonra bu insan Saatlı rayonunun Novruzlu kəndində məktəb direktoru təyin olunmuşdur. Bu məktəbdəndə küllü miqdarda dövlətə vurduğu ziyanla əlaqədar olaraq işdən qovulmuş və işləri korrupsiya idarəsi tərəfindən nəzrətə götürülmüdür. Hal hazırda onun dövlətə vurduğu ziyan ödənməsə Korrupsiya idarəsi trəfəindən araşdırılıb barəsində tədbir görüləcəkdir. 2. Sabirabad rayonu Qarağac kənd orta məktəbinin sabiq direktoru Elşən İsmayılov və Qaragüney kənd orta məktəbinin direktoru Çingiz Ağacanov, Təhsil Nazirliyinin 2015-ci ilin dekabr ayında apardığı yoxlama nəticəsində i.lərində yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad olmuşlar. Gəlin indi nəticəyə baxaq: Savad, bacarıq, qabliyyətləri 0 dərəcədə olan bu yoldaşlar yenidən imtahan verib yerdəyişmə edərək guya testdən keçiblər. Çingiz Ağacanov Qarağac məktəbinə, Elşən İsmayılov isə Qaragüney məktəbinə. Cənab Nazir! Belə bir bibaırçılıq Azərbaycan Təhsilinə yaraşarmı? Nazirliyin İnsan Resurs Mərkəzi beləmi işləyir? Xahiş edirəm bu qeyd olunan faktları araşdırıb və belə yaramaz insanları təhsil sahəsindən uzaqlaşdırasınız. Təşəkkür ediərm. Hörmətlə Anar Agabeyli" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |