Əsas Səhifə > Ölkə, Manşet > Salyan sakini yerli məmurların əlindən dad deyir

Salyan sakini yerli məmurların əlindən dad deyir


18-05-2016, 09:42
Salyan sakini yerli məmurların əlindən dad deyir
Salyan rayonu Kürqaraqaşlı kənd sakini Hacıyev Elnur Loğman oğlu infom.az-a müraciət edərək, şəxsi təşəbbüsü və vəsaiti hesabna saldığı yaşıllıq sahəsinin qorunmasında əlaqədar qurumlardan kömək istəyir.

Şikayətçi bildirir ki, Salyan-Neftçala magistral yolunun 5-ci kilometrliyində uzunluğu 300 m olan meşə salıb, ətrafında yaşıllıq zolağı yaradıb. Son 5 ildə buraya 500-dən çox ağac əkib, ətrafdakı çala-çuxuru doldurb, əraziyə su xətti çəkib. Bu işlərə 4 min manata yaxın vəsait xərcləyib.

Bu vaxta qədər yerli qurumlardan heç bir dəstək görmədiyini bildirən şikayətçi, əslində ona ciddi maneələrin bu qurumlar tərəfindən yaradıldığını dilə gətirir.

Onun sözlərinə görə, Kürqaraqaşlı inzibati ərazi dairəsi üzrə icra nümayndəliyi və kənd bələdiyyəsi onun işlərinə qısqanclıqla yanaşır:

“Çünki indiyədək onlar əhaliyə xatir bir daşı belə daş üstə qoymayıblar. Hər il kompaniyaçılıqla paya basdırıb, ağac əkmələri barədə görüntü yaradır, amma onların bircəciyini göyərdə bilmirlər. Sabiq icra nümayndəsi Gülağa Salmanov dəfələrlə məndən polisə şikayət edib.

Bu adam işdən çıxanda, düşündüm ki, canım qurtardı. Amma yerinə gələn Abbas Məmmədov ondanda də betər imiş. O, məni və kəndə can yandıran digər insanları rayon rəhbərlərinin gözündən salmaq üçün min cür fitnə-fəsad yaradır.

Əvvala qeyd edim ki, yolun mühafizə zolağında saldığm yaşıllıq ilk növbədə yoldan keçən insanların normal istirahət edə bilmsinə xidmət edir. İkincisi, elə yolun kənarına yığılan qrunt sularını ağclar özünə çəkir və yola kölgə salır ki, bunlar da nəticə etibarı ilə yolun uzunömürlüyünə xidmət edir.

Hazırda bu yaşıllıq məkanı qorumaqda çətinlik çəkirəm.

Çünki sabiq bəldiyyə sədrləri kəndlilərə məxsus örüş yerlərini ayrı-ayrı işbazlara satıb, həmin ərazilər qanunsuz olaraq əkin altındadır. Sakinlər otlaq tapa bilmədiklərindən mal-qaralarını bura gətirirlər.

Dəfələrlə Kürqaraqaşlı kənd bələdiyyə sədri Telman Ağabəyova şifahi və rəsmi müraciət edib, bu işin inkişafına mənəvi dəstək istəmişəm. İnsafən Telman müəllim yerli problemləri həll etmək istəyir, amma müdaxilələrlə Abas Məmmədov onun da normal fəaliyyətinə mane olur.

Əhali arasında adi təbliğat belə aparılmır ki, bu ərazi qorunsun. Əksinə, birinin mal-qarasının bu əraziyə zərər vurduğunu deyəndə, o dəqiqə həmin şəxsdən polisə çikayət etməyi tövsiyə edirlər. Nəticədə kənd sakinləri bu üşlərə görə təşəkkür etmək əvəzinə, məndən incik düşüb. Bəs onda yerli qurumlar nə üçündür?”

Malumat üçün qeyd edək ki, şikayətçinin sözləri videolentə alınıb, bu kadrlarda, yumşaq desək, yerli qurumların ünvanına çox sərt ittihamlar var.

Araşdırma zamanı məlum olub ki, sözügedən ərazi Kür çayı ətrafında olsa da, əhali məişətdə istifadə etmək üçün suyu pulla alır. Kəndarası və təsərrüfat yolları olduqca bərbad durumdadır. Torpaqlardan səmərəli istifadə üçün zəruri texniki avadanlq çatışmır.

Əksəriyyət bu fikri bölüşür ki, yerli qurumların rəhbərləri ictimai mənafeyi şəxsi mənafedən üstün tutarsa, illərlə yığılıb qalmış problemləri az vaxtda aradan qaldırmaq olar.

Salyan sakini yerli məmurların əlindən dad deyir

Geri qayıt