Əsas Səhifə > Ölkə, Manşet > "DəmirBank"ın yeni rəhbərliyi necə problem yaradır
"DəmirBank"ın yeni rəhbərliyi necə problem yaradır26-05-2016, 09:13 |
DİA.AZ: - Bildiyimiz kimi yaxın bir müddət əvvəl DəmirBank ASC də rəhbər dəyişikliyi baş vermişdir. Yeni rəhbər Kreslosuna oturar oturmaz öz siyasətini yeritməyə başladı. Yeni rəhbərlik ilk olaraq ümumi işçi heyatinin 50 % dən çox bir hissəsini ixtisarla işdən azad edib bir neçə filialı bağladıqdan sonra indidə işçilərin əmək haqqlarının azaldılması yolunda bir sıra tədbirlər görür. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, DəmirBank ASC rəhbərliyi işçilərinin əmək haqqlarının 15-35 % aralığında azaldılmasını nəzərdə tutub . Məlumatı dəqiqləşdirmək üçün Kadırlarla iş söbəsi əməkdaşları ilə əlaqə saxlamaq istəsək də, təəsüf ki zənglərimizə cavab verən olmadı. İdarə heyyətinin bu qərarı şübhəsizki işçi heyyəti tərəfindən səs küylə,narazılıqla qarşılanacaq və işdən çıxma hallarına gətirib çıxaracaq.İnsan resurslarının idarə edilməsi üzrə ekspertin rəyinə görə isə : bu tip addımlar müəssisəsə əməkdaşlarının ruh düşkünlüyünə səbəb olub və öz növbəsində müştəri xidmətinin keyfiyyətinin aşağı düşməsinə və nəticə etibari ilə bankın cəmiyyətdəki imicinin zədələnməsinə gətirib çıxara bilər.Bu tip halların baş verməməsi üçün bank öz əməkdaşlarına loyal yanaşmalıdır. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq... Geri qayıt |