Əsas Səhifə > Ölkə, Manşet > Göygöldə yerli məmurların əcaib korrupsiyası

Göygöldə yerli məmurların əcaib korrupsiyası


8-06-2016, 09:09
Göygöldə yerli məmurların əcaib korrupsiyası
Göygöl rayonundakı Hacıməlik qəsəbəsinin, deyəsən icra nümayəndəsi sarıdan bəxti heç cür gətirmir. Çünki, bir neçə il bundan öncə adı çəkilən qəsəbəsinin icra nümayəndəsi olan Alim Məmmədov, saxta diploma sahib olduğundan onunla bağlı ciddi qalmaqallar baş verdi və son anda o, daşıdığı vəzifəsinə “əlvida” deməyə məcbur oldu. Baxmayaraq ki, Alim Məmmədov xeyli müddət dövlət qulluğunda çalışmışdı. Onun daşıdığı vəzifəsindən uzaqlaşdırılmasından sonra, icra nümayəndəsi “post”unu qəsəbə icra nümayəndəliyində müavin olmuş Məmmədov Səbuhi Tahir oğlu daşımağa başladı. Səbuhi Məmmədov da, daşıdığı vəzifəsinin icraasına başladığı gündən bu günə kimi özünə əməlli-başlıca “gün ağlayır” desək, yəqin ki, yanılmarıq. Qəsəbə icra nümayəndəsinin dediyinə görə o, həqiqi hərbi xidmətini Hacıməlik kəndinin yaxınlığındakı təpənin arxa hissəsində yerləşən “N” saylı hərbi hissədə başa vurub və "müharibə veteranı " statusuna da sahib olub. Səbuhi Məmmədovun bu cür arxayın şəkildə danışması, yəni “mən həm dövlət qulluqçusuyam, həm də “veteranam” deməsinə səbəb, yəqin ki, onun Kənd Təssərrüfatı Nazirliyi tərəfindən ayrılan subsidiyaları mənimsəməsindən və eyni zamanda Hacıməlik kəndinin ətraf ərazilərində olan torpaq sahələrini təkbaşına əkib becərməsindən asılıdır. Qəsəbənin 1974-cü il təvəllüdlü icra nümayəndəsi olan Səbuhi Məmmədov, 1992-ci ildə həqiqi hərbi xidmətə çağrılsa da, əldə etdiyimiz məlumatlara görə o, xidməti dövrünü doğulduğu kənddə keçirir. Az sonra “müharibə veteranı” statusu aldığından, hətta onun dövlətdən müavinət alması haqda da məlumatlara malikik. Bütün bunlar haqda növbəti sayımızda daha ətraflı məlumat verməyə çalışacağıq. Səbuhi Məmmədovun həqiqi hərbi xidmət dövründə kimlərlə döyüşməsi və “veteran” olması hələ ki, əksəriyyətə qaranlıq qalmaqdadır. Bütün bunlardan əlavə, güclü radiasiya verməsinə baxmayaraq o, "Baksell" və "Nar Mobile" antennalarına görə icarə almaq məqsədilə, həmin şirkətlərə məxsus antennlərin yerləşdiyi ərazinin sənədlərinin də, öz adına sənədləşdirməkdən belə çəkinməyib. İcra nümayəndəsinin “iştahası” təkcə bunlarla yekunlaşmır. O, bütün bunlardan əlavə, bir neçə korrupsiya əməllərinə də imza atıb. Məsələn, hələlik onlardan birini qeyd edək ki, Səbuhi Məmmədov icra nümayəndəsi olduğu qəsəbəsinin tabeçiliyində olan, amma həmin qəsəbədən bir neçə kilometr aralı məsafədə yerləşən “Xasabağ” kənd məktəbinə, həyat yoldaşı Alimə Məmmədovanı xadimə düzəldir. Amma, xanım Məmmədova heç bir halda xadimə vəzifəsini icra etmədən əmək haqqını alır. Elə ki, Səbuhi Məmmədov yaşanan olaya münasibətini bildirir, o halda o, vurğulayır “həyat yoldaşımın aldığı məvacibin müqabilində biz hər gün mən kəndin yaxınlığındakı "İpək yolu"nu süpürürük. Adı çəkilən “Xasabağ”da yerləşən məktəbə gəlincə isə, həmin məktəbdə cəmi 15 nəfər müəllimin, 15 nəfər isə şagirdin olması, həmin məktəbin mövcudluğuna şübhə yaradır. Məktəb müəllimlərinin əksəriyyəti riyaziyyat ixtisasına sahib olsalar da, məktəbi məktəbin direktoru Cəfərov Maarif Cəlil oğlu və onunla həmin məktəbdə işləyən həyat yoldaşı idarə edir. 15 şagirdi olan məktəbdə direktor riyaziyyat müəllimi olsa da, o, idman dərslərinin yükünü də öz üzərinə götürməkdən çəkinməyib. Adı çəkilən məktəb hansı vəziyyətdə fəaliyyət göstərir ki, halhazırda analoqu olmayan həmin məktəbin varlığından, necə olub ki, Təhsil Nazirliyinin qərb bölgəsi üzrə daxili nəzarət şöbəsinin rəhbəri Ceyhun Mirzənin xəbəri olmayıb? Əgər olubsa, hansı məqsədlə təhsil naziri cənab Mikayıl Cabbarovdan gizli saxlanılıb? Bu haqda yayımlanan video görüntüyə baxdıqdan sonra, yəqin ki, nəticə çıxarmaq mümkün olacaq.
Mehriban Əzizqızı - GundemXeber.az

Geri qayıt