Əsas Səhifə > Ölkə, Manşet > Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib...
Ağsu və Samuxun icra başçılarına "hazırlaşın" deyilib...27-09-2016, 10:02 |
DİA.AZ: - Referendumdan sonra bir sıra rayon icra hakimiyyəti başçılarının tutduqları vəzifələrindən azad olunacaqları haqda informasiyalar hələ xeyli əvvəlindən KİV-lərdə dolaşmaqda idi. Bu barədə artıq DİA.AZ-a ilk xəbər daxil olub. Bilgili qaynaqlardan redaksiyamıza ötürülən məlumatda deyilir ki, 2 rayonun icra başçısına "hazırlaşın" xəbərdarlığı deilib. Mənbənin dia-az.life-a söylədikləri: "Konkret olaraq ilkin mərhələdə Ağsu və Samux rayon icra hakimiyyəti başçıları postlarından alınacaq. Onlarla bərabər isə daha 9 rayonun rəhbəri işindən kənarlaşdırılacaq". Mənbə onu da bildirib ki, proses tədricən xarakter daşıyacaq və icra başçıları ilə bağlı islahatlar ilin sonuna kimi davam edəcək. Geri qayıt |