Əsas Səhifə > Ölkə, Manşet > Nazir bu rektoru niyə qoruyur?
Nazir bu rektoru niyə qoruyur?7-11-2016, 08:52 |
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun qanunsuz əməlləri ilə bağlı Hurriyyet.org-un elektron poçtuna şikayət məktubu daxil olub. Universitetin müəllim və tələbə kollektivinin adından göndərilən müraciəti olduğu kimi dərc edirik: “Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında Korrupsiya idarəsində açılan işin, ağır cinayətlər üzrə məhkəməyə verilməsi, görünür ki, rektoru o qədərdə narahat etmir. 2014-cü ilin mart ayından Azərbaycan Texnologiya Universitetinə rektor təyin olunan Akif Süleymanov, çox keçmədi ki, Texnologiya Universitetinin adını rüşvətlə ön sıralara qadırdı. 2015-ci ildə Maliyyə Nazirliyinin Texnologiya Universitetində aşgarladığı, saxta sənədlərlə mənimsənilən bir milyona yaxın pulun, 500 min manatını (sabiq baş mühasib) Amil Mirzəyev maliyyə büdcəsinə qaytarsada, yerdə qalan 500 min manat dövlət büdcəsinə ödənilməmişdir. Azərbaycan Texnologiya Universiteti haqqında Korrupsiya İdarəsində qaldırılan cinayət işi hal-hazırda ağır cinayətlər üzrə məhkəmədə davam etdir. Buna baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanov çirkin əməllərindən geri qalmır. Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Universitetin giriş qapısına terminal qurlaşdırılması və qurulan terminalın "kart" sistemi ilə işləməsi, kartların tələbələrə 5 manata, müəllimlərə 10 manata verilməsini universitetin işcisi İmdad adlı şəxsə tapşırıb. Texnologiya Universitetinin 2500 tələbəsi, 500 işcisi olduğundan, ümumi 2500 tələbədən 12500 manat, 500 müəllimdən 5000 manat pul yığılıbdır. Diqqətinizə çatdırım ki, Texnologiya Universiteti tələbələrin ödənişi əsasında maliyyələşdiyindən versitetdə görülən işlər və alınan avadanlıqlar da həmin tələbələrin ödənişindən tutulmalıdır, yəni kartların tələbələrə və müəllimlərə, həmin tələbə ödənişindən universitetin büdcəsindən pul ayırılaraq alınmalıdır. Azərbaycan Texnologiya Universitetinin texniki işcilərinin aldıqları maaş digər universitetin texniki işcilərindən 50 manata yaxın fərqlənir, Gəncə Dövlət Universitetində və Gəncə AQRAR Universitetində texniki işcilər 200 manata yaxın maaş aldıqları halda, Texnologiya Universitetində texniki işcilərin maaşı 130-150 manat arasında fərqlənir. Akif Süleymanov 130-150 manat pul alan texniki işcidən və müəllimdən 10 manat yığması rüşvətin hansı həddə oduğu açıq görünür. Akif Süleymanov Texnologiya Universitetinin "DƏFTƏRXANA" şöbəsinə tapşırıb ki, Universitetin işciləri dəftərxanaya yardım ərizəsi gətirəndə, ərizədən imtina edin, gətirən işciyə bildirin ki, Texnologiya Universiteti "NƏZİR" verilən yer deyil. Akif Süleymanovun özünə məxsus cavabı təsdiqini tapır, Universitet həqiqətən də "NƏZİR" verilən yer deyil, rüşvət alınan yerdir. Texnologiya Universitetin maliyyə büdcəsini istədiyi kimi istifadə etməyə Universitetin rektorunun haqqı yoxdur, bu korrupsiyanın dözülməz həddidir. Müəllimlər artıq Akif Süleymanovun çirkin əməllərindən cana gəlib. Dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyevə və Təhsil naziri Mikayıl Cabbarova rekrtorun çirkin əmələrindən şikayət olunsa da, təəssüflər olsun ki, heç bir nəticə olmayıb. Odur ki, cənab Prezident İlham Əliyevdən Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanov haqqında ciddi tədbir görülməsini xahiş edirik”. Hurriyyet.org Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |