Əsas Səhifə > Ölkə, Manşet > “Parabank“ın daha bir kredit fırıldağı

“Parabank“ın daha bir kredit fırıldağı


3-12-2016, 10:15
“Parabank“ın daha bir kredit fırıldağı
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv olunan "Parabank" ASC hazırda kredit verdiyi müştərilərə divan tutur. Belə ki, "Parabank" rəhbərliyi kreditlərini vaxtınd ödəyib qutaran müştərilərə ələvə borc yazdırır.

Vəkil Yusif Allahverdiyev açıqlamasında "Parabank" ASC-ədki baş verən özabaşınalıqlardan məlumat verib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Xudaverdiyev Nazim Rəhim oğlunun cavabdehlər "Parabank” ASC və İsayeva Cəmalə Əfqan qızına qarşı "artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edilib: "Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Səmədovun icraatında olan mülki iş üzrə məhkəmə hazırlıq iclası 30 noyabr 2016-cı il tarixdə saat 15:20-də keçirilib. 23.06.2010-cu il tarixdə "Parabank” ASC ilə cavabdeh İsayeva Cəmalə Əfqan qızı arasında 348/10/PBsaylı kredit müqaviləsi bağlanmışdır.

Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən cavabdeh İsayeva Cəmalə Əfqan qızına 15 ay müddətinə illik 18 % (on səkkiz) olmaqla 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində kredit verilib. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi "Parabank” ASC ilə iddiaçı Xudaverdiyev Nazim Rəhim oğlu arasında bağlanmış 348/10/PBg saylı ipoteka müqaviləsinə əsasən, sonuncunun mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH № 0213433, 123 nömrəli reyestr kitabının 11203 nömrəli vərəqində 003011003066-10301 qeydəalma nömrəsilə 19.09.2009-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu (Xəzər rayonu), Şağan qəsəbəsi, Y. Əsədullayev küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 3 otaqlı 15/55 №-li fərdi yaşayış evi girov qoyulub.

Lakin cavabdeh İsayeva Cəmalə Əfqan qızı kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, bununla bağlı ipoteka qoyana dəfələrlə xəbərdarlıq edilmişdir. Götürülən borcun ödənilmədiyi təqdirdə tutmanın girovda olan fərdi yaşayış evinə yönəldilməsi riskini nəzərə alaraq, əsas borc və faiz borcunun ödənişi iddiaçı Xudaverdiyev Nazim Rəhim oğlu tərəfindən tam olaraq həyata keçirilmişdir. Qeyd etmək istərdim ki, kredit müqaviləsinə əsasən ümumilikdə 120 000 (yüz iyirmi min) ABŞ dolları məbləğində faiz borcu ödənilməsi nəzərdə tutulduğu halda, Xudaverdiyev Nazim Rəhim oğlu tərəfindən 130 000 (yüz otuz min) Avro, 115 000 (yüz on beş min) ABŞ dolları, 75 000 (yetmiş beş min) ABŞ dolları (sonuncuya dair qəbz yoxdur) məbləğində pul ödənilmişdir.

Buna səbəb bank tərəfindən Çıxarışın girovdan azad edilməsi üçün əlavə ödənişlərin ("şapka” və ya dəbbə pulu kimi) həyata keçirilməsinin tələb edilməsidir. "Parabank” ASC kredit müqaviləsinin itirildiyini bildirərək nə tərəflərə nə də məhkəməyə təqdim etməkdən yayınır. Nəsimi rayon məhkəməsinə cavabdeh qismində Əmanətlərin Sığortalanması Fondunun cəlb edilməsi, "Parabank” ASC-dən kredit və ipoteka müqaviləsinin sürətlərinin əldə olunması ilə bağlı vəsatətlə müraciət edilmişdir. Hakim Rəşid Səmədov vəsatətləri təmin edib".

Qeyd edək ki, məhkəmə baxışı 15 dekabr 2016-cı il tarixə saat 10:10-a təyin edilb.
AzFakt.com

Geri qayıt