Əsas Səhifə > Ölkə, Manşet > Böyük İSLAHAT DALĞASI gəlir...
Böyük İSLAHAT DALĞASI gəlir...8-12-2016, 13:19 |
DİA.AZ: - Yaxın vaxtlarda bir sıra dövlət qurumlarında stirktir və kadr islahatları həyata keçiriləcək. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, gözlənilən islahatlar bu günə qədər Rəsmi Bakının həyata keçirdiyi dəyişikliklərin və yeni yaratdığı, konkret hüquqi bazaya söykənən prosesin yekun nöqtəsi kimi qəbul oluna bilər. Mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, burada həm rayon rəhbərləri ilə bağlı yeni sistemin yaradılması, həm də bir neçə dövlət qurumunun ləğvi nəzərdə tutulur. Mənbənin söylədikləri: "İki dövlət komitəsi və bir nazirlik ləğv olunacaq. Eyni zamanda yeni baş nazir də təyin oluna bilər. Hələlik müzakirə ovqatı hiss olunur". Geri qayıt |