Əsas Səhifə > Ölkə, Manşet > Nazim İbrahimov oğlunu vəzifəyə hazırlyır?
Nazim İbrahimov oğlunu vəzifəyə hazırlyır?12-12-2016, 10:24 |
Həvəskar oxucularımızdan biri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun FB profilinin linkini Moderator.az - a göndərərk bizdən bir suala cavab istəyib və daha doğrusu ona bu sualın cavabını tapmaqda yardıçı olmağımızı xahiş edib. Komitə sədrinin oğlunun qolundakı bahalı saata toxunan oxucumuz soruşur ki, görəsən heç bir rəsmi vəzifəsi olamaya-olmaya Elnur bəy dövlət və ya diaspor tədbirlərində hansı statusda iştirak edir və atasının yanında oturur. Olmaya Nazim İbrahimov da oğlunu indidən hansısa vəzifəyə hazırlayır? Ötən il hərbi xidmətdə ola-ola Bakıdakı əyləncə mərkəzlərinin birində görüntüləndiyi haqda xəbərlər medianın diqqət mərkəzinə gələn, sonradan haqqin.az saytı tərəfindən yaxtası, şəxsi təyyarəsinin olduğu iddia edilən komitə sədrinin oğlunun saat həvəskarı olduğunu da vurğulamaqda fayda var... Təbii ki, biz oxucumuzun suallarına qaneedici cavab vermək imkanından məhrumuq. Əvvəla, necə deyərlər, varlığa nə darlıq, pulu varsa qanunlar ona və ümumiyyətlə hər kəsə istədiyini almaq və əyləncəsini öz istədiyi kimi təşkil etmək haqqı verir. O başqa məsələ ki, məmur övladları daha təvazökar olmağa borcludurlar və bunu dövlət başçısı İlham Əliyev də dəfələrlə xatırlatmağa məcbur olub. Bu xəbərdarlıqdan nəticə çıxarıb - çıxarmamaq da onların öz işidir. O ki, qaldı heç bir rəsmi vəzifəsi olmaya - olmaya tədbirlərdə atasının yanında əyləşməsinə, buna da təmkinli yanaşmaq lazımdır. Ola bilsin ki, atası onu bu yolla hansısa vəzifəyə hazırlayır və heç olmasa diaspor sahəsində təcrübəyə yiyələnməsi üçün indidən tədbirlər görür. Təki o da Kəmaləddin Heydərovun oğlu Tale Heydərov kimi günlərin bir günü Avropada Azərbaycanın bir işinin qulpundan yapışama qadir gənc kimi diqqət mərkəzinə gəlsin. Yaxud Ziya Məmmədovun oğlu Anar Məmmədov kimi gedib Amerikanın gələcək prezidenti ilə iş birliyində olaraq ən azı ölkənin adını okeanın o tayında tanıtdırsın. Yoxsa təbii ki, qolundakı bahalı saatları, təyyarə və yaxtası ilə gündəmə gəlmək ona şərəf və hörmət gətirə bilməz. Arzu edərdik ki, sabah Elnur İbrahimovun sorağı bir diplomat və ya diaspor fəalı kimi dünyanın ünlü paytaxtlarından gəlsin və hamı onun haqqındakı "ərköyün məmur balası" təsəvvürlərindən birdəfəlik imtina etsin... Geri qayıt |