Əsas Səhifə > Ölkə, Manşet > ”Eldar Mahmudov FETÖ-çülər üzərindən biznes qurub”

”Eldar Mahmudov FETÖ-çülər üzərindən biznes qurub”


28-12-2016, 10:08
”Eldar Mahmudov FETÖ-çülər üzərindən biznes qurub”
“MTN” işi ilə bağlı keçirilən məhkəmə prosesində bir çox qaranlıq məqamlara aydınlıq gəlmək üzrədir. Bunlardan biri FETÖ ilə bağlı aparılan əməliyyatların hansı səbəbdən nəticəsiz qalması məsələsidir. Çünki vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılan əməliyyatlar geniş şəkildə keçirilsə də, birdən-birə bu proses yarıda dayandırıldı və səbəbi də açıqlanmadı.

“MTN işi” üzrə məhkəmə prosesi zamanı keçmiş idarə rəisi işləmiş Orxan Osmanov deyib ki, “Süleyman Transport” şirkətinin Fətullah Gülən tərəfdarları ilə əlaqələri, onların FETÖ-yə pul köçürmələri araşdırılırdı.

Sitatdan göründüyü kimi, keçmiş MTN-çilərin bir hissəsi FETÖ-ya biznes maraqları ilə yanaşıb. Buradan əməliyyatların nə üçün yarıda dayandırıldığı aydın görünür.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan politoloq Cümşüd Nuriyev deyib ki, Azərbaycanda nurçuların geniş şəbəkəsi var idi:

“Düzdür, FETÖ-çülər sonradan meydana çıxdı. Amma bizim zəmanətimiz yoxdur ki, həmin nurçuların əksəriyyəti gülənçi deyil. Cümşüd Nuriyev ile ilgili görsel sonucuOnların özlərinin və Türkiyə mətbuatının da yazdığı kimi ən güclü şəbəkələri Azərbaycanda olub. Təbii ki, Milli Təhlükəsizlik Nazirliyi bunların hamısını bilirdi.

MTN onlara bir təhlükə mənbəyi kimi deyil, daha çox biznes kimi baxıb. Ən pisi odur ki, təhlükəsizliyimizlə məşğul olan bir nazirliyimiz Azərbaycan dövlətinin təhlükəsizliyini biznes sahəsinə çevirib. Çox təəssüf ki, bu faktdır. Onsuz da bütün bunların üstü açılacaq. Amma bunu gizlətməklə Azərbaycan dövlətinə daha ciddi təhlükələr yarada bilərlər. Hesab edirəm ki, bu kimi məsələlərə nöqtə qoyulmalıdır. Çünki gülənçilərin dövlət strukturlarında sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir, bununla bağlı məlumatlar var. Hər halda bu, istintaq nəticəsində müəyyənləşdirilir. Amma bütün hallarda araşdırılsa yaxşı olar.

Təhlükəsizlik məsələləri üzrə ekspert, istefada olan polkovnik-leytenant İlham İsmayıl bildirib ki, keçmiş MTN hər işini biznesə çevirirdi:

“Hətta radikal islamçılardan tutmuş Suriyaya gedənlərə qədər maddi marağı olub. İlham İsmayıl ile ilgili görsel sonucuÜmumiyyətlə, hansı sahə olursa-olsun, keçmiş MTN-nin orada biznes maraqları olub. O dövrdə nurçular, indiki gülənçilərlə bağlı olan adamları ilə əlaqədar məsələləri binesə çeviriblər. Çünki bu adamlar dövlətin, millətin təhlükəsizliyi ilə yox, pul qazanmaqla məşğul olublar. Ona görə də nurçuların, FETÖ tərəfdarlarının zərərli fəaliyyəti lap olmasa da belə, çalışıblar ki, onları ələ keçirib, pul qopartsınlar. Yəni, məhkəməyə cəlb edilən keçmiş MTN-çilərin FETÖ-çülər üzərindən biznes qurması mümkündür. Mən deyərdim ki, burada təəccüblü heç nə yoxdur”.

Geri qayıt