Əsas Səhifə > Ölkə, Manşet > Oqtay müəllim yəqin ki bunları bilmir...

Oqtay müəllim yəqin ki bunları bilmir...


2-01-2017, 14:05
Oqtay müəllim yəqin ki bunları bilmir...
Nia.az-a Neftçala rayon Aşağı Qaramanlı icra nümayəndəliyinin tərkibində
olan Kür-Qarabucaq ,I-ci Qaralı , Qədimkənd, Astanlı kənd sakinləri tərəfindən şikayət ərizəsi daxil olub.
Yazıb sizə bildiririk ki, problemmizin həll olunmasına bizə köməklik göstərirsiniz. 8 mindən çox əhalisi olan bu nümayəndəliyin Qədimkənd kəndində 1985-88-ci illər arası tikilmiş 50 çarpayılıq xəstəxanası bağlanmaq təhlükəsi qarşısındadır. 2010-cu ilə kimi bu xəstəxanada müayinə laborotoriyası, stomotoloq, uşaq həkimi,terapevt, doğum şöbəsi fəaliyyət göstərirdi. 2010-cu ildən 50 çarpayılıq stasionar şöbə ləğv olundu. Bu günlərdə isə təcili təxirə salınmaz doğuşa yardım şöbəsi də bağlanıb. Əvəzində 8min əhaliyə tibbi xidmət göstərmək üçün 1ədəd ambulans maşınını xəstəxananın qarşısında saxlayıblar ki, doğuşlar rayon mərkəzinə aparılsın.15 ildən artıqdır ki, bu xəstəxanada ana və uşaq ölümünə rast gəlinməyib.Bütün doğuşlar təbii yolla aparılır və hər il 100-dən artıq körpə sağlam vəziyyətdə bu xəstəxanada dünyaya göz açır .
Biz kənd anaları adından Neftçala rayon İcra Başçısı İsmayıl Vəliyev cənabına doğum şöbəsinin yenidən bərpası üçün 39 nəfər adından məktubla müraciət etdik, amma heç bir cavab almadıq.
Yazıb sizdən xahiş edirik ki ,bizim bu müraciətimizi sayt vasitəsilə ölkə rəhbərliyinə çatdırasınız.Qoy bu acınacaqlı vəziyyətdən xəbərdar olsunlar ki, 8 minə yaxın əhalini dövlətdən narazı salan məmurların bu xalqdan nə istədikləri sualına bəlkə onlar cavab tapa bilər.
Məmmədova Cəvahir Abdulla qızı
Fərruxova Mələk Qaçaqxan qızı
Məmmədova Natavan Yaşar qızı
Babayeva Gülşən Fəxrəddin qızı
Əliyeva Nəzakət Ənvər qızı
Babayeva Arəstə Ağababa qızı
Hüseynova Məssura Zərbalı qızı
Xankişiyeva Aynur Vaqif qızı
Qəmbərova Durna Hüseyn qızı
Əsədova Zərxanım Qaraş qızı
Cəfərova Maral Alış qızı
Süleymanova Xəyalə Xeyrulla qızı
Xankişiyeva Sübü Tanrıverdi qızı
Qurbanova Lamiyə Kamil qızı
Səmədova Nuranə Məhərrəm qızı
İmanova Sələmə Hüseyn qızı
Fərəcova Günay Fizuli qızı
Sadıqova Zəminə Sabir qızı
Quliyeva Aynurə Xudayar qızı
Cəfərova Günel Yaşar qızı
Hüseynova Fəridə Abdul qızı
Fərəcova Adilə Böyükağa qızı
Mustafayeva Ruhiyyə Fərhad qızı
Əliyeva Aynur Ədalət qızı
Cavadova Gülnarə Tahir qızı
Abdullayeva Səfurə Sərxoş qızı
Əsgərova Pakizə Əliş qızı
Mirzəyeva Dürdanə Əmiraslan
Salayeva Nurlana Allahbaşış
Mirzəyeva Hökümə Şahbazəli qızı
Əhmədova Zahidə Abasət qızı
Ağayeva Dostu Daşdamir qızı
Ağayeva Dilbər Əkbər qızı
Ağayeva Xanım Səxavət qızı
Ağayeva Aygün Böyükkişi qızı
Hüseynova Məryəm Laçın
Ataşova Zeynəb Təvəkkül qızı
Şahalova Sitarə Həsən qızı

Neftçala rayon Aşağı Qaramanlı icra nümayəndəliyinin vətəndaşları olaraq
əvvəlcədən sizə minnəttarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına.
Azərbaycan Respublikasının Birinci Xanımı, Millət vəkili, Heydər
Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya
Sürəti: Səhiyyə Naziri O.Şirəliyev cənabına

Cənab Prezident!
Redaksiyamıza Neftçala rayon Aşağı Qaramanlı İcra Nümayəndəliyinin tabeliyində olan Kür-Qarabucaq, 1-ci Qaralı, Qədimkənd, Astanlı kəndlərində yaşayan 8 mindən çox əhalisi olan bir sovetliyin 39 sakini şikayət ərizəsi ilə müraciət etmişdir.8 mindən çox əhalisi olan sovetliyin 39 nəfər şikayətçinin şikayət ərizəsində göstərilmişdir ki, hələ 1985-1988- ci illərdə Neftçala rayononun Qədimkənd kəndində 50 çarpayıdan ibarət xəstəxana fəaliyyət göstərirdi. 2010-cu ilə kimi həmin xəstəxanada müayinə laborotoriyası, stomotoloji şöbə, uşaq həkimi, terapeft və doğum şöbəsi fəaliyyət göstərdiyi halda, 2010-cu ildə 50 çarpayılıq stasionar şöbə ləğv olunub.2016-cı ilin mart ayında isə təcili təxirə salınmaz doğuma yardım şöbəsi də ləğv olunaraq xəstəxana həyətinə, onun əvəzinə bir ambulans maşını qoyulması, sakinlərin hiddətinə səbəb olmuşdur.Neftçala rayonunun Mərkəzi Xəstəxanasının baş həkimi, şikayətçilərin bizə yazaraq göstərdikləri doğum şöbəsinin ləğvi ilə əlaqədar nə etmək istədiyini hələ başa düşmədikləri üçün bizə rəsmi şəkildə müraciət etmişlər. Hətta bu şikayətçilər sovetlikdə baş verən bu özbaşınalıqla əlaqədar Neftçala rayon İcra başçısı İsmayıl Vəliyev cənabına rəsmi müraciət etmələrinə baxmayaraq, heç müsbət cavab almadıqları barəsində redaksiyamıza ətraflı məlumat vermişlər.

Redaksiyamıza şikayət ərizəsi daxil olduqdan sonra məsələylə bağlı araşdırma aparmağa başladıq.
Araşdırması zamanı öyrəndik ki, həqiqətən də 30 ( otuz) ilə yaxındır ki, Neftçala rayonunun Qədimkənd kəndində sovetliyin 8 min əhalisini birləşdirən, xəstəxana fəaliyyət göstərirdi.Əlavə olaraq onu da öyrəndik ki, xəstəxana fəaliyyət göstərdiyi gündən, bu günkü günə kimi bu xəstəxanada bir dəfə də olsun ana və uşaq ölümünə rast gəlinməyib. Bütün doğuşlar təbii yolla aparılaraq, hər il sovetlikdə 100(yüz)–dən artıq körpə həmin xəstəxanada dünyaya göz açırlar.

Şikayətçilərin verdiyi suallar bizdə təəccüb yaratdı.Nəyə görə 8 minə yaxın əhalisi olan sovetlikdə hər il 100(yüz)-dən artıq körpə sağlam bu xəstəxanada dünyaya göz açırsa, 15(on beş) ildən artıq bu xəstəxanada ana və uşaq ölümünə rast gəlinməyibsə, bu gün bir ambulans maşını xəstəxanın qarşısında saxlayaraq,məgər doğuşa yardım şöbəsi bağlandırılmalıdırmı? Qədimkənd xəstəxanası ilə rayon Mərkəzi Xəstəxanasının arasında təxminən 25 km məsafə vardır. Ambulans maşının texniki şərtlərini demirik, lakin doğuş vaxtı həmin maşınla 40-50 dəqiqəyə rayon Mərkəzi xəstəxanasına xəstəni çatdırana kimi, görəsən rayon xəstəxanasının baş həkimi qarant verirmi ki, həmin xəstənin başına bir iş gəlməyəcək.

Cənab Prezident! Siz və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyeva dövlətimizin bütün guşələrində yeni səhiyyə ocaqları, müasir tipli avadanlıqları xarici dövlətlərdən bizim dövlətə gətizdirirsiniz ki, əhalinin sağlamlğı ilə əlaqədar heç bir problemi olmasın. Lakin dövlətimizdə elə məmurlar da var ki, öz ciblərini doldurmaq xatirinə istədikləri kimi hərəkət edirlər.
Sizdən xahiş edirik ki, 8 min əhalisi olan sovetliyin adından, 39 nəfər Azərbaycan anasınının redaksiyamıza ünvanladığı şikayət ərizəsini nəzərə alaraq, ədalətli araşdırmadan sonra doğuşa yardım şöbəsinin bərpa olunması üçün köməklik göstərəsiniz.

Əvvəlcədən sizlərə öz minnəttarlığımızı bildiririk .

Geri qayıt