Əsas Səhifə > Ölkə, Manşet > "Okean" avtosalonunu dövlət nədən cəzalandırmır?

"Okean" avtosalonunu dövlət nədən cəzalandırmır?


5-01-2017, 09:45
"Okean" avtosalonunu dövlət nədən cəzalandırmır?
DİA.AZ: - Şəkildəki reklamdan da göründüyü kimi Bakının ən məşhur işlənmiş avtomomil satışı ilə məşğul olan salonlarından biri - "Okean" öz müştərilərinə 30 faiz ilkin ödənişin ödənilməsi müqabilində 36 ayadək daxili kredit təklif edir. ÖZÜ DƏ MANATLA...

Təbii ki, dollar-manat qırğınının getdiyi bir ərəfədə belə bir təklif istənilən maşın almaq istəyən müştəri üçün göydəndüşmədir. Amma...

Elə iş də "amması"ndadır. Belə ki, qeyd olunan təklifi "Okean" avtosalonunun həm saytından və həm də sosial şəbəkələrdəki səhifələrindən müşahidə edən DİA.AZ əməkdaşı "olay yerinə" baş çəkmək qərarına gəlir. Amma gördükləri hər şeyin reklamda olmadığını ortaya çıxarır.

Əməkdaşımızın qeydlərinə görə, ilk olaraq diqqətini çəkən salondakı maşınların qiymətinin baha olması faktı olub. Halbuki eyni avtomobillər salonun internet saytında daha ucuz qiymətə - ən azından 2-3 min manat fərqlə göstərilir ki, bunu da bizlər müştəri cəlbetmə kimi qəbul edərəık üstündən keçirik.

Amma üstündən keçə bilinməyən yetərincə fırıldaqlara da şahid olan əməkdaşımız bildirir ki, "Okean" əslində rəsmən FIRILDAQ OKEANI imiş...

Belə ki, salonun reklamında göstərildiyi kimi daxili kreditlər heç də ilkin 30 faizlik ödənişlə deyil 40 faizlik ödənişlə təklif olunur. Yəni 10 minlik maşının 4 minini ödəmək lazımdır. Bu da son deyil. DİA.AZ əməkdaşı hətta bu halda belə daha dəhşətli bir məqamla üzləşib.

Əməkdaşımız bildirir ki, məsələn 10 minlik maşının 4 mini ödənildikdən sonra, "Okean" əməkdaşları "daxili kredit" deyib yerdə qalan 6 minlik məbləğin üzərinə "XƏRCLƏR" ("rasxod" pulu) adı altında 3 min manat əlavə edir... Bu da olur 9 min manat. Daha sonra isə 9 min manatın üzərinə də izafi olaraq 1000 manat "təhlükəsizlik pulu" qoyur. Bəs necə... Axı krediti MANATLA verirlər... Və 3000 manatlıq "rasxod pulu" azmış kimi 1000 manat da əlavə olunmalıdır. Və məbləğ yenidən 10 min manata dönüşür.

Bu da son deyil. Daha sonra isə KREDİTİN FAİZİ hesablanır. Özü də 36 faizdən. Bu da 3600 manat deməkdir və məbləğ şişib olur 13 min 600 manat. Yəni siz 10 min manatlıq maşın almaq istəyirsinizsə, onun 4000 manatını ödədikdən sonra isə daha 13 min 600 manat ödəməlisiniz. Bu da o deməkdir ki. əslində başdan-başa FIRILDAQ OKEANI olan sözügedən salonda 10 minlik avtomobil sizlərə 17 min 600 manata başa gəlmiş olur...

Bunun nəyi və harası müştəri üçün sərfəlidir - deyə bilmərik. Amma aydın olanı odur ki, "Okean"ın daimi üzənləri bu işdən əməlli-başlı qazanırlar.

Hər halda, burası hansısa özbaşına bir məkan deyil və bu ölkənin qanunları VAR... Və "Okean" da Azərbaycan qanunları qarşısında etdiklərinin bədələni ödəmək zorundadır...

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt