Əsas Səhifə > Ölkə, Manşet > Texniki səhv, yoxsa fırıldaq?

Texniki səhv, yoxsa fırıldaq?


6-02-2017, 10:23
Texniki səhv, yoxsa fırıldaq?
“Bazarstore” supermarketlər şəbəkəsinin adı tez-tez müştərilərin kassada aldadılması ilə hallanır

Oxu.Az xəbər verir ki, bu dəfə isə “Bazarstore”un adı bir məhsulu kassaya 2 dəfə vurulması ilə yadda qalıb.

Belə ki, müştərilərdən biri alış-veriş edib evə qayıtdıqdan sonra, “Ariel” rəngli avtomat məhsulunun 2 dəfə kassaya vurulmasının şahidi olub. Beləliklə, alıcıdan ümumilikdə 21,58 manat çıxılıb. Halbuki 1 ədəd məhsulun qiyməti 10,79 manat olub.

Alıcı deyib ki, bu texniki səhv ola bilər, amma sistemin eyni malı iki dəfə kassaya vurulmasına icazə verilməməlidir:

“Yəqin ki, bu texniki səhv olub. Böyük ehtimalla vəsaiti geri qaytaracaqlar. Amma məni düşündürən odur ki, sistemin eyni malı iki dəfə kassaya vurmağa niyə icazə verilir?

Tutaq ki, mən bunu görməsəydim, özləri zəng edib deyəcəkdirlərmi “hörmətli müştəri, siz əlavə vəsait ödəmisiniz, bunu qəbul edə bilmərik”, - deyə müştəri narazılığını ifadə edib.

Texniki səhv, yoxsa fırıldaq?

Geri qayıt