Əsas Səhifə > Ölkə, Manşet > Burada da rüşvət tüğyan edir...

Burada da rüşvət tüğyan edir...


17-04-2017, 11:10
Burada da rüşvət tüğyan edir...
Bərdə Diaqnostika Mərkəzində baş verən özbaşınalıqlar davam edir.

Baş həkim Həsən Hüseynovun yaratdığı mühit və idarəçilik sistemi pul üzərində qurulub. "Xalqxəbər" xəbər verir ki, pulsuz xidmət göstərməyən diaqnostika nə Səhiyyə Nazirliyindən, nə də ölkə rəhbərliyindən çəkinir
Baş həkim heç kimi saymır, kobud danışığı ilə insanları acılayır, müraciətlərə baxmır.
Bu mərkəzdə hər şey pulludur. Qapıdan girəndən, çıxana qədər hər yerdə pul verməlisən. Səbəbi aydındır, baş həkim günlük haqq yığır. Hətta süpürgəçidən də. Bərdə Diaqnostika Mərkəzində hər işin öz qiyməti var.
Məsələn, müayinə 10 manatdan başlayıb, 50 manata qədər yüksələ bilər. Cərrahiyyə əməliyyatı isə ayrı bir müsibətdir.
Buradan sağ çıxmaq bir ayrı dərd olsa da, pulu bəribaşdan alan həkimlərdə insaf deyilən şey yoxdur. Adi əməliyyatlar 400 manatdan başlayıb, 5000 manata qədər yüksələ də bilər.
Bir neçə il bundan əvvəl Regionların Sosial-İqtisadi İnkişafı Proqramı çərçivəsində Bərdə rayonunda da Müalicə-Diaqonostika Mərkəzi inşa edildi.
Regiondakı rayonların əhalisi üçün nəzərdə tutulmuş bu səhiyyə ocağına büdcədən 11 milyon manata yaxın pul da ayrılmışdı. İşlər görülüb, qurtardı və mərkəz istifadəyə verildi.
Lakin mərkəzdə baş verən özbaşınalıqlar, rüşvət və korrupsiya halları həkimləri peşəkarlıqdan uzaqlaşdırmaqla yanaşı, həm də vətəndaşların etimadını itirmələrinə gətirib çıxarıb.
Mərkəzə rəhbərlik edən Həsən Hüseynovun alverçi yanaşma tərzi, həkimlərdən aylıq haqq alma həvəsi və büdcə vəsaitlərini dağıtmaq üçün müxtəlif vasitələrdən yararlanması Bərdə və onun ətrafındakı əhalinin İrana üz tutmasına gətirib çıxarıb.
Bərdə Müalicə-Diaqonostika Mərkəzində büdcə vəsaitlərinin dağıdılması və mənimsənilməsinin xəritəsi elə tenderlər vasitəsi ilə həyata keçirilmiş proseslərdən də aydın görünür.
Məsələn, maraqlıdır ki, bir ildən artıqdır istifadəyə verilmiş Bərdə Müalicə Diaqnostika Mərkəzinin ötən il cari təmir işlərinə ehtiyac yaranır. Və bu işi "Okean-13" MMC ilə həyata keçirən mərkəzin rəhbəri büdcədən 4800 manat pul da götürüb.
Qeyd edək ki, Həsən Hüseynov büdcədən ayrılmış pulların böyük qismini özünə götürmək üçün yaxından tanıdığı və uzunmüddətdir əlbir olduğu şəxslərin şirkətlərindən yararlanıb. Onlardan biri də tikinti işləri ilə məşğul olan "Uğurlu İnşaat" LTD-dir ki, baş həkim onlardan mebel alıb.

Geri qayıt