Əsas Səhifə > Ölkə, Manşet > Xaçmazlı məmur övladını sevindirdi, amma...
Xaçmazlı məmur övladını sevindirdi, amma...15-05-2017, 09:45 |
Xaçmaz rayonunun meri Qalib Səfərəli öz "Facebook" profilində yeyib-içdiyi məkanların, azyaşlı oğlu Muradın kreslosunda oturan vəziyyətdə çəkdiyi fotoları paylaşaraq insanlarda maraq oyatmağa çalışır Burda əsas məqam isə Qalib Səfərəlinin paylaşdığı fotolardan çox ona yazılan şərhlərdir. Yazılan şərhlər arasında "gələcək merqorod" yazısı daha çox diqqət çəkir. Şəkillərdən də bəlli olduğu kimi, Qalib Səfərəlinin yaxınları oğlu Muradın bir neçə il sonra həmin kreslonu təhvil alacağını və hətta Muradın gələcəkdə atası kimi "yeyib-içən oğlan" olacağını fəxrlə yazırlar. Əvvələr də bir neçə dəfə belə hallar baş vermişdi. Bəzi məmurların övladları bahalı həyat yaşadıqlarını sosial şəbəkələrdə video və fotolar vasitəsilə insanlara sübut etmək istəyirdilər. Ancaq prezident İlham Əliyev dərhal belə halların aradan qaldırlıması ilə bağlı göstəriş verdi. Amma görünən odur ki, Qalib Səfərəli bu sözlərin 8 yaşlı oğlu Murada şamil olunmadığını düşünür, yoxsa heç vaxt belə fotolar çəkərək öz profilində paylaşmazdı. Həmin fotoları sizə təqdim edirik. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Bolgexeber.com Geri qayıt |