Əsas Səhifə > Ölkə, Manşet > Ziya Məmmədovun əmlakını etibar etdiyi iş adamı çıxılmaz durumda

Ziya Məmmədovun əmlakını etibar etdiyi iş adamı çıxılmaz durumda


16-06-2017, 11:03
Ziya Məmmədovun əmlakını etibar etdiyi iş adamı çıxılmaz durumda
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasından” sonra özünün və ailə biznesinin sıradan çıxarılması prosesi sürətləndirildi.
Son illərə qədər Azərbaycanın ən qüdrətli nazirlərindən biri olan Ziya Məmmədov və ailəsinin varidatı yüz milyonlarla ölçülüb. Ancaq son bir neçə ayda Ziya Məmmədov nazir postu dövründə əldə etdiklərindən məhrum edilir.
Bununla belə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, hələ nazir postunu itirməzdən əvvəl “qara siyahı”ya daxil edildiyini görən Ziya Məmmədov əmlakının və biznesinin xeyli hissəsini yaxın dostu olan iş adamı Qulam Ələkbərovun adına keçirib. Bu, o Qulam Ələkbərovdur ki, Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmdə paytaxt Bakı başda olmaqla ölkənin əsas yol və körpü tikitinsini həyata keçirib.
Saytımızı məlumatlandıran mənbə qeyd edib ki, sabiq nazirin gizlətmək istədiyi əmlakı barədə artıq aidiyyatı qurumlar məlumatlıdır. Böyük ehtimalla yaxın zamanlarda Qulam Ələkbərovun adına keçirilən əmlaklarlar və biznes strukturları ondan alınacaq.
Həmçinin, prosesdən iş adamının özünün də problemsiz çıxmayacağı gözləniləndir.
Bu iki şəxsin dostluğu ölkədə hər kəsə bəllidir. Görünür, doğmalarına, qardaşlarına belə etibar etməyən Ziya Məmmədov yaxın dostuna güvənə bilib. Ancaq bircə vergi təftişi ilə həbsxana qapısının onu gözlədiyini görən, Qulam Ələkbərovunda sədaqəti inandırıcı deyil.
Onu da xatırladaq ki, Ziya Məmmədovun nazir vəzifəsindən azad olunmasından sonra Gununsesi.info onun dostu Qulam Ələkbərovun mövqeyini də işıqlandırıb.
Saytımıza açıqlamasında Qulam Ələkbərov Ziya Məmmədov dostluğunun əbədi olduğunu deyib.
Gözləyək…

Geri qayıt