Əsas Səhifə > Ölkə, Manşet > Aydın Əliyev hansı müavinləri ilə yollarını ayırır?
Aydın Əliyev hansı müavinləri ilə yollarını ayırır?12-08-2017, 13:18 |
Yaxın günlərdə də Aydın Əliyevin bir neçə müavinin vəzifədən uzaqlaşdırılması gözlənilir... Dövlət Gömrük Komitəsiində kütləvi işdən çıxarmalar müşahidə olunur. Bu barədə MilliYol-u məlumatlandıran mənbə bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrükdə uzun müddətdir çalışan təcrübəli kadrları işdən çıxarır. İşdən çıxarılanların əsasən naxçıvanlı və nehrəmli olması da gələn xəbərlər arasındadır. MilliYol-a daxil olan məlumatda qeyd olunur ki, təqribən 6 aydır ki, Gömrük Komitəsində bütün səlahiyyətlər Komitə sədri Aydın Əliyevin əlində cəmləşdirilib. Qeyd edək ki, Aydın Əliyev 2006-cı ildən Dövlət Gömrük Komitəsinə rəhbərlik edir. Buna baxmayaraq zaman-zaman Aydın Əliyevin Komitəyə rəhbərliyinin formal xaraktker dağıdığı vurğulanırdı. Dövlət Gömrük Komitəsinin fəaliyyətini isə əsasən Komitə sədrinin müavinləri tərəfindən nizamlandığı qeyd olunurudu. Lakin 6 ay əvvəl Komtədə vəziyyət dəyişib və Komtənin bütün fəaliyyətinə nəzarət məhz Aydın Əliyevə verilib. Mənbə bildirir ki, gömrük orqanlarında real hakimiyyət Aydın Quliyevə dövr edildikdən sonra bu qurumda uzun müddət çalışan və faktiki olaraq Komitənin fəaltyyətini aşacı pillələrdə nizamlayan çoxlu sayda təcrübəli mütəxxəsis işdən kənarlaşdırılıb. Onların yerinə isə Aydın Əliyev öz adamlarını və yaxud da ona məsləhət görülən şəxsləri təyin edir. Xeyli əməkdaşın işdən kənarlaşdırıldığını qeyd edən mənbə bildirib ki, kənarlaşdırma prosesinə “paketlər”in kəsilməsi ilə başlanılıb. Köhnə komanda üzvlərini vəzifədən könüllü uzaqlaşdırmaq üçün onlara verilən qeyri-rəsmi ödənişlər-“paket”lər kəsilib. Bundan sonra da işdən ayrılmaq istəməyənlən zorla ofisləri tərk etməyə məcbur edilir. Mənbə bildirir ki, bu prosses pramidanın başına, yəni gömrük orqanlarıda sədr müavinləri səviyyəsinə qədər davam edəcək. Hazırda isə müavinləri ilə Aydın Əliyevin arasında gərgin mübarizə getməkdədir. Buna baxmayaraq müavinlər Aydın Əliyevə qarşı açıq çıxış edə bilmirlər və günlərinin sayılı olduğunu özləri də yaxışı bilirlər. Yaxın günlərdə Aydın Əliyevin bir neçə müavinin vəzifədən uzaqlaşdırılması gözlənilir. Həmçinin mənbə maraqlı bir məlumatı da saytımızla bölüşüb. Mənbə iddia edir ki, gömrük orqanlarında səlahiyyətlər Aydın Əliyevə tam olaraq dövr edildikdən sonra iqtidara yaxın nüfuzlu KİV-lərin bir-neçə əməkdaşı gömrük komitəsinin xüsusi ləl-cəvahirat muzeyinə dəvət edilib və oradan reportaj hazırlamaq tapşılıb. Reportaj adı ilə muzeyə girən əməkdaşlar muzeydəki bütün eksponatların və antik əşyaların, daş-qaşların və qızıl məmulatlarının şəkillərini çəkiblər. Sonradan müzeydəki bütün eksponatlar sənədləşdiirlib ki, kohnə komanda qiyməti 100 min dollarlarla ölüçlən eksponatlara toxuna bilməsinlər. Qarşı tərəfin m.vqyeini dərc etməyə hazırıq. Geri qayıt |