Əsas Səhifə > Ölkə, Manşet > Təhsil Nazirliyi təhsil ocaqlarını niyə bağlayır?
Təhsil Nazirliyi təhsil ocaqlarını niyə bağlayır?25-09-2017, 10:50 |
Tovuzun Aşağı Quşçu kəndində yaşayan uşaqların bəziləri bu il məktəbəqədər hazırlıq kursuna gedə bilməyəcəklər. Buna səbəb İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd orta məktəbində yaradılacaq 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qruplarından birinin ləğv olunmasıdır. Sözügedən problemlə bağlı Metbuat.az-a müraciət edən sözügedən məktəbin müəllimi Göyçək Məmmədova bildirir ki, O, bu ilin oktyabr ayında dərsə başlayacaq 3 qrupdan birinə dərs deyəcəkmiş. Hətta bunun üçün Təhsil Nazirliyinin təşkil etdiyi kursa da gedib. Lakin dərslərin başlamasına bir neçə həftə qala onun rəhbərlik etdiyi qrup ləğv edilib. Müəllim bununla bağlı Tovuz rayon Təhsil Şöbəsinə müraciət edib. Bildirilib ki, sözügedən qrupu Təhsil Nazirliyi ləğv edib. Digər qruplarda yer olmadığı üçün bu il kənddə 18 uşaq məktəbəqədər hazırlıq kursuna gedə bilməyəcək. 29 ildir ibtidai siniflərə dərs deyən müəllim indi nə edəcəyini bilmir. Sözügedən problemlə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, şifahi şəkildə cavab verilə bilməz: "Yazılı şəkildə bizə müraciət edin, məsələ araşdırıldıqdan sonra sizə məlumat veriləcək". Məsələ diqqətimizdədir... Geri qayıt |