Əsas Səhifə > Ölkə, Manşet > Ağstafada məmur özbaşınalığı...

Ağstafada məmur özbaşınalığı...


12-01-2018, 09:48
Ağstafada məmur özbaşınalığı...
Ölkə ərazisində qaz sayğaclarının sıfırlanmasına dair "Azəriqaz"İB-nin regionlardakı idarələri tərəfindən aparılan işlər əhalinin ciddi narazılığına səbəb olub.
Faktinfo.az-a haqsızlıqla qarşılaşan Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Məmmədov İzzət Alyar oğlu bildirir ki ,ona və bütün kənd sakinlərinə qaz sayğaclarının sıfırlanması işində hörmətsizlik edilib,kələk gəlinib. Belə ki,o sayğacın üzərində 2018-ci il yanvarın 7-nə olan mövcud göstəricinin ötən il dekabrın 31-nə olan müddətə hesablanmasına etirazlarını bildirdikdə "Hara çikayət edirsiniz edin " fikiri ilə qarşılaşıb.Şikayətçi onu da bildirir ki,rayonun bütün kəndlərini əhatə edən bu "tədbir" də məqsəd onların bu ilin əvvəlinə olan qaz borclarının 20 qəpik tarifi ilə hesablanmasıdır.

Məlumat üçün onuda bildirək ki, Ağstafada abonentlərə yaradılan maneə bununla bitmir. Rayonda əhalinin maye qazla təminatında mütəmadi problemlər yaşanır.”Qrafik”ə uyğun olaraq həftənin hər günü növbə ilə 5-6 kənddə qaz təchizatı dayandırılır.Bəhanə də edilir ki,təmir gedir.

Soyuq qış günlərində əhalinin çəkdiyi əzab-əziyyət sanki idarə əməkdaşlarının heç vecinə də deyil.Bütün bunlar azmış kimi başqa bir problem də ortaya çıxıb. Belə ki, hər dəfə qazın verilməsi bərpa olunduqdan sonra təxminən yarım saat ərzində qaz borusundan sakinlərin dediyi kimi qaz əvəzinə hava gəlir.Bu zaman qaz gəlməsə də, sayğac “öz işini” görür.

Geri qayıt