Əsas Səhifə > Ölkə, Manşet > "Əgər bir ölüm hadisəsi baş verərsə..."

"Əgər bir ölüm hadisəsi baş verərsə..."


15-01-2018, 09:38
"Əgər bir ölüm hadisəsi baş verərsə..."
“Akkord” tikinti firmasının “Uğur-2” layihəsinin qurbanları I vitse-prezident Mehriban Əliyeva, Bakı meri Hacıbala Abutalıbova və Baş prokuror Zakir Qaralova müraciət hazırlayır. Bu barədə AzEuroNews.com-a verilən məlumata görə, “Uğur-2” yaşayış kompleksinin sakinləri 8 binada yaranmış təhlükəli vəziyyətlə bağlı həyəcan təbili çalmağa çağırır.

► Faciənin hər anı

Onların sözlərinə görə, Bakıxanov qəsəbəsində yerləşən binalarda insanları həyatına təhlükə yaranıb:

“Bizim mətbuatda ictimailəşdirdiyimiz problemlərə “Akkord” tikinti şirkəti biganəlik göstərdi.

Dəfələrlə bəyan etdik ki, Bakı küləklər şəhəridir, bizim binaların fasadındakı alkoponlar hər külək əsəndə qopur və bir gün kiminsə başına düşəcək, faciəyə səbəb olacaq.

Amma heç bir tədbir görmədilər. Görəsən, “Akkord” şirkəti niyə məsuliyyətsizdir? Məgər onların ailələri, qohumları bu binalarda yaşasaydılar, bu cür biganəlik göstərərdilər?

Əgər alkoponların biri qopsa, kiminsə başına düşsə, bir ölüm hadisəsi baş verərsə, prokurorluq orqanları tərəfindən araşdırma aparıldığı halda kim məsuliyyətə cəlb olunacaq?

Ona görə də biz cənab baş prokuror Zakir Qaralova müraciət edirik ki, riskli vəziyyətlə əlaqədar araşdırma aparılması və müvafiq qurumlara xəbərdarlıq olunması haqda tapşırıq versin.

Eyni zamanda Hacıbala Abutalıbova üz tuturuq ki, Bakı şəhərindəki bu binalarda vəziyyəti araşdırıb göstərişlər versin”.

► Pul silmək idarəsi

Sakinlər I vitse-prezident Mehriban Əliyevaya da müraciət ünvanlayıblar: “Mehriban xanım hər zaman vətəndaşların səsini eşidib.

Bu binalarda qocalar, körpələr, gənc ailələr yaşayır. Amma binaları satıb, başdı-başına buraxıblar. Küləkli havalarda binaların yanından qorx-qorxa keçirik ki, birdən şüşələr qırılar, alkoponlar qopar başımıza tökülər. Alkoponların qopduğu yerləri dəfələrlə fotolarda göstərmişik.

Binaların liftləri də dəfələrlə bildirmişik ki, xarabdır, tez-tez nasaz olur, troslar qopa bilər, faciəyə səbəb olar. Amma bizə qulaq asan yoxdur.

Təzəlikcə “Uğur-2” lift idarəsi yaradıblar. Şirkətin nəzdindəki bu qrupun yaradılmasında məqsəd pul silməkdir.

Bundan başqa, binaların əksər mərtəbələrində qapılar oğurlanıb. Külək, qar-çovğunda zülm çəkirik.

Qarajların satılması, binaların həyətindəki biabırçı vəziyyəti hələ demirik. Demək olar ki, maşın saxlamağa yer qalmayıb.

Təsəvvür edin ki, hər gün kompleksin həyətində tıxac olur, maşınlar bir-birinin arxasında saxlayır, əlaqə nömrəsi qoymayanların ucbatından maşını qabaqda olanlar işə gedə bilmirlər.

Yəni, bir xaos yaşanır. Biz deməkdən yorulduq, “Akkord” yorulmadı. Odur ki, dövlət rəhbərliyinin köməyini gözləyirik”.

"Əgər bir ölüm hadisəsi baş verərsə..."
"Əgər bir ölüm hadisəsi baş verərsə..."
"Əgər bir ölüm hadisəsi baş verərsə..."
"Əgər bir ölüm hadisəsi baş verərsə..."
"Əgər bir ölüm hadisəsi baş verərsə..."
Geri qayıt