Əsas Səhifə > Ölkə, Manşet > Bu səhiyyə ocağına nəzarət edən varmı?
Bu səhiyyə ocağına nəzarət edən varmı?24-01-2018, 09:38 |
SEBA Assosiasiyası ilə Kyung Hee Universiteti arasındakı müqavilə əsasında fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasında xəstələrə yazılan pereparatlara zəmanət verilmir. AzEuroNews.com xəbər verir ki, bu haqda virtualaz.org-un araşdırma yazılarından birində rast gəlinir. Sayt yazıbmış ki, (https://news.milli.az/health/263447.html) həkimin yazdığı dərmanlar yalnız klinikanın öz aptekində satılır. Dərmanlar sifarişlə, məxsusi olaraq klinika üçün gətirilir. Dərmanların xəstəyə mənfi təsir edəcəyi halda geri qaytarılması mümkün deyil. Bununla bağlı kassada xüsusi xəbərdarlıq da asılıbmış. Onsuz da ölkənin yarısı bir çox bisavad, səhlənkar həkimlərin məsuliyyətsizliyindən əziyyət çəkir, indi də xarici klinikalar vətəndaşların başına bəla olub. Klinikada Koreya vətəndaşı olan cəmi 3-4 həkim işləyir. Amma reklam xatirinə 17 həkimin adı qeyd olunub. Koreya Şərq Təbabəti klinikası ürək-qan-damar, mədə-bağırsaq, nevroloji, tənəffüs yolları, əzələ-oynaq, ginekoloji, dermatoloji, allergiya, piylənmə, xroniki yorğunluq xəstəliklərinin müalicəsini təklif edir. Habelə, akupunktura (müxtəlif növ iynəbatırma), moksibişn terapiyası (dərinin müalicəvi maddələrlə dağlanması) vakuum terapiyası, autotens terapiyası, (ağrıkəsici elektroterapiya) nöqtə masajı, infraqırmızı işıqla müalicə, Koreyanın bitki mənşəli dərmanları ilə müalicə, teypinq (xüsusi plastrlarla müalicə) kimi xidmətlər var. Ancaq bütün bu dekorasiya heç nəyi həll eləmir. Koreya Şərq Təbabəti klinikasına üz tutanlar şəfa tapmırlar, iynəbatırma və s. yollarla terapiya keçənlərə bir xeyri toxunmur. Üstəlik, professor kimi təqdim olunan həmin koreyalı həkimlər öz vətənində işsiz qalan, tanınmayanlardır. Bakıda isə onların piarı aparılır və dəllallar müştəri tapıb klinikaya daşıyırlar. Məlumat üçün deyək ki, SEBA-nın prezidenti Ruhəngiz Heydərovadır. Geri qayıt |