Əsas Səhifə > Ölkə, Manşet > Nazir kürsüsündə çox otura bilməyəcək

Nazir kürsüsündə çox otura bilməyəcək


9-02-2018, 10:59
Nazir kürsüsündə çox otura bilməyəcək
DİA.AZ: - "Kənd Təsərrüfatı Naziri postunda dəyişiklik baş tutacaq". Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, dəyişiklik prezident seçkilərindən dərhal sonraya təsadüf edə bilər.

Mənbənin dia-az.life-a söylədikləri: "Əslində, bu proses çoxdan başlayıb. Heydər Əsədov Ziya Məmmədovun "uzantısı" kimi çıxdaş olunacaq. Onun seçkilərə qədər də gedişi mümkündür. Çünki neft bumunun ardından sonrakı dövr üçün Azərbaycanın kənd təsərrüfatına əlahiddə istinad siyasətində Heydər Əsədov kimi qeyri-peşəkar özünün yarıtmazlığı ilə diqqətə gəldi. Belə bir şəraitdə dəyişiklik əslində, çoxdan gözlənilən idi. Amma bu, yaxın vaxtlarda mütləq baş tutacaq. Prezident İlham Əliyev təbii ki, onun siyasətini axsadan məmurlara rahatlıqla "əlvida" deməyi bacarır. Bu fonda Heydər Əsədovdan imtina da bəlli siyasətin inkişafında müstəsna rol oynamış olacaq".

Geri qayıt