Əsas Səhifə > Ölkə, Manşet > "Maddiyyat bir yana qalsın, aldadılmaq pis təsir edir"

"Maddiyyat bir yana qalsın, aldadılmaq pis təsir edir"


15-02-2018, 10:56
"Maddiyyat bir yana qalsın, aldadılmaq pis təsir edir"
“Sevgililər günü üçün feysbukda "Portagal Art House" səhifəsinə tablo sifariş vermişdim. İlkin ödənişi alıb məni bloka atıblar”.

Bu sözləri “Qafqazinfo”ya şikayətində Bakı sakini Kamran Feyzullayev deyib. O bildirib ki, sifarişi fevralın 6-da verib. Daha sonra, ilkin ödəniş-100 manatı ödədikdən sonra fevral ayının 14-də sifarişi götürmək üçün razılaşıblar. Ancaq dünən səhifə sahibi Zaur Qafarov müştərinin zənglərini cavabsız qoyub:

“Həyat yoldaşımla toy şəklimizi sifariş vermişdim. Ümumi məbləğ 125 manat təşkil etdi. 100 manatı qabaqcadan ödədim, qalanı isə tablonu alanda ödəyəcəkdim. Bu gün nömrəyə dəfələrlə zəng vurmuşam, cavab verən yoxdur. Sosial şəbəkələrdə də məni bloka atıblar. Maddiyyat bir yana qalsın, aldadılmaq pis təsir edir”.

“Qafqazinfo” olaraq biz də Zaur Qafarovla əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb.

K. Feyzullayev hadisəylə bağlı polisə müraciət edəcəyini bildirib.

Geri qayıt