Əsas Səhifə > Ölkə, Manşet > "Artıq ailənin maddi imkanları tükənib"

"Artıq ailənin maddi imkanları tükənib"


22-02-2018, 15:42
"Artıq ailənin maddi imkanları tükənib"
27 yaşlı Aytən Kərimova xərçəng xəstəliyinə mübtəla olub.

Həkimlərin diaqnozuna əsasən, şiddətli ağrıların nəticəsində ötən ilin avqust ayında uşaqlıq yumurtalıqlarından əməliyyat olunub. Həmin ilin sentyabrında isə yumurtalıqları tamam götürülüb. Elə həmin ayın sonunda bağırsaq keçməzliyinə görə ard-arda 3 dəfə əmliyyat olunub.

Lakin xəstəlik şiddətlənərək 2-ci dərəcədən 3-cü dərəcəyədək artıb.

"Artıq ailənin maddi imkanları tükənib"

Əməliyyatdan dərhal sonra Türkiyədə Acıbadəm xəstəxanasında müayinədən keçərək iki dəfə kimyaterapiya alan Aytənin vəziyyəti, təəssüf ki, daha da kəskinləşib. Bakıya qayıdaraq müalicəsini Tibb Universitetinin Onkoloji klinikasında davam etdirən Aytənə həkimlər hər dəfəsində bahalı kimyaterapiya təyin ediblər.

Qeyd etdiyimiz kimi, Aytən son 6 ay ərzində çox ağır əməliyyatlardan, müalicə və müayinələrdən keçib. Artıq ailənin maddi imkanları tükənib. Buna görə də Aytənin maddi dəstəyə ehtiyacı var, yaşaması, körpəsinə analıq etməsi üçün.

Aytən bundan sonra hələ azı 8 kimyaterapiya almalı və 2 əməliyyat keçirməlidir. Bu prosedurların həyata keçməsi üçün isə 20 min manat pul lazımdır.

Sizin verəcəyiniz 1 manat belə gənc xanımın, bir ananın həyatının xilas edə bilər.

Xərclənən pullar barədə qaimələr Ayətə kömək məqsədi ilə Facebook-da yaradılan səhifədəpaylaşılacaq.

Xahiş edirik bu məbləği yığmaqda dəstək olasınız.

Hesab haqqında məlumatlar aşağıda qeyd olunub.
Hesaba milli.ön, e-manat aparataları və hesab.az saytı vasitəsi ilə ödəniş edə bilərsiniz.

Qrup, xərçəng xəstəliyindən əziyyət çəkən 27 yaşlı Aytən Kərimovaya maddi və mənəvi kömək olmaq üçün yaradılmışdır.

Kömək üçün hesab.az və million vasitəsilə aşağıdakı hesaba pul köçürə bilərsiniz.

Bank Respublika

Hesab nömrəsi: 380194400228925001

Şəxsiyyət vəsiqəsinin nömrəsi: 17294789

Tel: 0702849977 (Xalid Kərimov - həyat yoldaşı)

055 3553288 (Camal - qardaşı)

Hamınıza göstərdiyiniz köməyə görə təşəkkür edirik!


"Artıq ailənin maddi imkanları tükənib"
Geri qayıt