Əsas Səhifə > Ölkə, Manşet > Xeyli sayda məmur işsiz qala bilər

Xeyli sayda məmur işsiz qala bilər


9-03-2018, 12:53
Xeyli sayda məmur işsiz qala bilər
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, 11 Aprel seçkilərindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyinə birləşdiriləcəyi, komitə sədri Nazim İbrahimovun isə işsiz qalacağı haqda xəbərlər yayılıb. Ümumiyyətlə yayılan rəsmi xəbərlərdə də vurğulanır ki, Nazirlər Kabinetinin özündə belə stuktur və kadr islahatlarının həyata keçirilməsi bu günlərdə müzakirə olunub.

Bununla bağlı DİA.AZ-a verilən son məlumatlardan aydın olur ki, gözlənilən prezident seçkilərinin ardından total sktruktur islahatları planlaşdırılır. Bu barədə danışan mənbə bildirir ki, konkret olaraq 3 dövlət qurumunun ləğvi gözlənilir.

Mənbənin dia-az.life-a söylədikləri: "Təkcə Diasporla İş üzrə Dövlət Komitəsi deyil, eyni zamanda Gömrük Komitəsinin də ləğv olunaraq Vergilər Nazirliyinə birləşdirilməsi, "Azenerji"nin isə birdəfəlik ləğvi planlaşdırılır. Paralel olaraq NK-nın strukturlaında da ciddi dəyişikliklər müşahdiə olunacaq. Bu proses zamanı yüzlərlə məmurun işsiz qalacağı şərtddir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt