Əsas Səhifə > Ölkə, Manşet > Yaxın vaxtlarda iki rayonun İcra başçısı dəyişdirilə bilər
Yaxın vaxtlarda iki rayonun İcra başçısı dəyişdirilə bilər19-04-2018, 10:01 |
Yaxın vaxtlarda bir sıra rayonların İcra Hakimiyyəti başçıları vəzifələrindən azad ediləcəyi gözlənilir. Faktinfo.az-a daxil olan məlumatlara görə,bu sırada adı öndə gələn ilk iki şəxs- Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovdur.Bu da təsadüfi deyil.Belə ki, hər iki rayon rəhbərindən narazıların sayı getdikcə artmaqdadır. Azərbaycan Respubilkasının Prezident Administrasiyasına,müxtəlif nazirliklərə,hüquq-mühafizə orqanlarına bu rayonlardan olunan şikayətlərin digər bölgələrlə müqayisədə daha çox olduğu bildirilir.Hətta,iş o yerə çatıb ki, Lənkəran rayon sakinləri şikayət məktublarını qonşu rayonlarda olan poçtlar vasitəsilə Bakıya yola salırlar. Səbəb də məlumdur-Lənkərandan göndərilən məktubların ünvanına çatmasına əminlik yoxdur. Bunlardan əlavə, hər iki rayonda müxtəlif vaxtlarda Hesablama Palatasının yoxlamaları zamanı büdcə vəsaitlərinin mənimsənilməsinə dair faktların aşkarlanması ilə bağlı KİV-də yazılar verilib. Həmin faktlar da bir daha sübut edir ki, adıçəkilən rayon İcra Hakimiyyəti başçılarının işdən kənarlaşdırılması qaçılmazdır.Hazırkı şəraitdə yeni iş yerlərinin açılması,bu rayonlara investisiya qoyulması üçün iş adamlarının cəlb edilməsi, kənd təsərrüfatının inkişafına dəstəyin verilməsi kimi məsələlər haqqında bəhs olunan şəxslərin işi deyil. Belə vəziyyət isə indiki həss məqamda hakimiyyətin yuxarı dairələrini narahat etməyə bilməz. Geri qayıt |