Əsas Səhifə > Ölkə, Manşet > Samir Şərifov Əbülfəs Qarayevin Beyləqanda şöbəsini yoxladır
Samir Şərifov Əbülfəs Qarayevin Beyləqanda şöbəsini yoxladır28-04-2018, 11:11 |
Əbülfəs Qarayev mədəniyyət və turizm naziri vəzifəsinə təsdiqləndikdən sonra kadr dəyişikliklərinə başlayır. AzEuroNews.com-a gələn xəbərə görə, nazir istefalara Beyləqan mədəniyyət şöbəsi müdiri Nazim Mirzəyevdən start verir. Mətbuatda adı dillərdən düşməyən N.Mirzəyevin fəaliyyəti nazirə məruzə olunub. Bildirilir ki, N.Mirzəyev Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədova arxalanır. Ona görə də hər ay işçilərin maaşından tutur, şöbədə “ölü can”lar saxlayır, maaş kartlarını özündə gəzdirir. Qeyd olunur ki, kitabxana, musiqi məktəbinin işçiləri 10 manat, mədəniyyət və klub işçiləri isə hər ay 20 manat verməyə müdirə verməyə məcbur edilirlər. Şöbə müdiri Nazim Mirzəyev və baş müsahibi Məhəmməd Həsənovla dövlətin küllü miqdarda vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyiblər. Ə.Qarayevə çatan məsələ ilə bağlı Maliyyə Nazirliyinin şöbəsə yoxlamalar aparacağı gözlənir. İddia edilir ki, Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC vasitəsilə olduqca maralı maliyyə maxinasiyalarına imza atır. Belə ki, adıçəkilən MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılır, sonradan isə həmin vəsaitin əhəmiyyətli hissəsi Nazim Mirzəyev və Məhəmməd Həsənov tərəfindən mənimsənilir. Daxil olan məlumata görə, təkcə ötən il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus “Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların “cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına “xərclənib”. N.Mirzəyevlə əlaqə saxlamağa cəhd etsək də baş tutmadı, mövqeyini və nazirliyin münasibətini dərc etməyə hazırıq. Geri qayıt |