Əsas Səhifə > Ölkə, Manşet > Dünənki İŞIQ BÖHRANI Lənkəran camaatını qorxutmadı
Dünənki İŞIQ BÖHRANI Lənkəran camaatını qorxutmadı3-07-2018, 09:48 |
Dünən gecə saatlarında bütün ölkə işıq problemi yaşadı. Sən demə, elə rayonlarımız var ki, həmin bölgənin sakinləri bu cür problemlərə bir növ adətkərdədirlər. Yəni bir immunitetləri var. Məsələn, Lənkəranda bir aydan çoxdur işığı fasilələrlə verirlər. Abonentlər AzEuroNews.com-a yazırlar ki, tez-tez işıqların kəsilməsi evlərdə məişət avadanlıqlarının sıradan çıxmasına səbəb olur. Bunu yeni elektrik paylayıcı şəbəkənin istifadəyə verilməsinə hazırlıqla əlaqələndirirlər. Lakin abonentlər şikayətlənirlər ki, texniki işləri payıza saxlamaq olardı. Çünki yayın ən qızmar vaxtında elektrik enerjisinin tez-tez kəsilməsi mənzillərdə kondisionerlərin, paltaryuyan maşınların, soyuducuların xarab olması ilə nəticələnir. “Günün müxtəlif saatlarında işıqları söndürürlər. Heç bir xəbərdarlıq etmədən qəfil işıq sönür. Televizorlar, soyuducular hər dəfə nasaz olurlar. İşıq idarəsi camaata “gün verib, işıq vermir”. Amma tez-tezinə işıq pulunu tələb edə bilirlər. Biz “Azərişıq” ASC prezidenti Baba Rzayevdən xahiş edirik ki, bizə bu yayın cırhacırında işgəncə verən idarə ilə bağlı bir araşdırma aparsın, problemi həll etsin”,-deyə oxuculardan biri şikayətində yazıb. Təbii ki, Baba Rzayev cənablarına Lənkəran sainlərinin dərdini çatdırdıq. Amma xeyri olmayacaq. Çünki Baba Rzayevin əlində bəhanəsi var, deyəcək ki, "Heç yeridir? Bütün ölkə zülmətə qərq olmuşdu..." Geri qayıt |