Əsas Səhifə > Ölkə, Manşet > Mingəçevirə kim başçı təyin olunacaq?
Mingəçevirə kim başçı təyin olunacaq?14-09-2018, 11:51 |
DİA.AZ: - Niyazi Bayramovun Gəncəyə icra başçısı göndərilməsinin ardından ən çox müzakirə mövzularından biri də Bayramovun əvvəllər tutduğu posta - Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə kimin təyin ediləcəyi ilə bağlıdır. Xatırladaq ki, yerli KİV-lər artıq sözügedən vəzifəyə iddialılar sırasında ilk namizədin adını hallandırıblar. Söhbət haırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevdən gedir. Bununla bağlı DİA.AZ-a əlavə məlumat verən mötəbər mənbə iddia edir ki, Əhəd Abıyev Mingəçevir ŞİH başçısı postuna şanslı namizəd hesab olunsa da, hazırda Mingəçevirdə yüksək vəzifə tutan şəxslərdən biri başçı gələ bilməsi üçün hərəkətə keçib. Mənbənin dia-az.life-a söylədikləri: "Təbii ki, hər şeyə yekunda rəsmi sərəncamın elan olunması ilə aydınlıq gələcək. Amma Əhəd Abıyev tək iddialı deyil. Bir namizəd Mingəçevirdə, başqa bir namizəd isa Bakıdadır. Mingəçevirdə icra başçısının müavinlərindən biri başçı olmağa çalışır və bu işdə keçmiş başçı, hazırda Gəncəyə rəhbərlik edən Niyazi Bayramovun dəstəyinə ümid edir. Bakıda oturan namizəd isə əslən Mingəçevirdən olan sahibkarlardan biridir və ona da hazırda Mingəçevirin deputatı kimi fəaliyyətdə olan Aydın Mirzəzadə dəstək verir". Mənbə hələlik ad çəkməsə də, iddia edir ki, Əhəd Abıyevdən fərqli olaraq hər iki iddialı işini tam ciddiyyəti ilə aparır. Əlavə bilgilərimiz olacaq. Bii izləməkdə davam edin... Geri qayıt |