Əsas Səhifə > Ölkə, Manşet > Məlahət İbrahimqızından ombudsman olmaq xəbərinə REAKSİYA:

Məlahət İbrahimqızından ombudsman olmaq xəbərinə REAKSİYA:


30-11-2018, 12:28
Məlahət İbrahimqızından ombudsman olmaq xəbərinə REAKSİYA:
"Mənim ombudsman olacağımla bağlı yayılan xəbər kökündən yanlışdır. Yəqin, həmin adamların mənimlə qəsdi-qərəzləri var”.

Bunu BakuPost-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, bu xəbərin heç bir əsası yoxdur: "Belə mənasız, əsassız, mənbəyi olmayan yazıların yazılmasına görə təəssüf edirəm”.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 81 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. Mətbutda onun yerinə Məlahət İbrahimqızının gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o, öz vəzifəsində qala bilir.

Geri qayıt