Əsas Səhifə > Ölkə, Manşet > Ağstafa icra hakimiyyətində DURĞUNLUQ...

Ağstafa icra hakimiyyətində DURĞUNLUQ...


5-12-2018, 10:07
Ağstafa icra hakimiyyətində DURĞUNLUQ...
Ağstafa rayonundan saytımıza göndərilən müxtəlif səpkili məlumatlar arasında rayon icra hakimiyyətində aparılması zəruri hesab edilən kadr islahatları da yer alır.
Faktinfo.az xəbər verir ki, Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyev digər rayonların icra hakimiyyətlərində aparılan kadr islahatlarını Ağstafada gerçəkləşdirə bilmir, ona bu işdə maneə yaradılır. O, idarəetmənin səmərəliliyinin artırılması məqsədilə yaşı 60-dan çox olan bir neçə vəzifəli şəxsi daha gənc mütəxəssislərlə əvəzləmək istəyir. Amma fəaliyyəti yeni çağırışlara cavab verməyən, müasir texnologiyaları inkar edən, idarəetmədə operativlikdən uzaq,ətalət basmış,bütün günü kresloda mürgüləyən bu şəxslər vəzifədən uzaqlaşmaq istəmirlər.

Nəticədə, belə şəxslərin fəaliyyətsizliyi ucbatından vətəndaşlar narazı salınır.Hətta, RİH-də belə şəxslərin yarıtmaz xidməti səbəbindən bir neçə gün əvvəl Ağstafanın Zəlimxan kəndindən ölkə rəhbərliyinə, digər səlahiyyətli şəxslərə şikayət məktubu ünvanlanıb.Bu tipli şikayətlərin davamlı olacağı da istisna edilmir.

Geri qayıt