Əsas Səhifə > Ölkə, Manşet > Lerik təhsilində nələr baş verir...
Lerik təhsilində nələr baş verir...26-02-2019, 11:30 |
Təhsilin ölkənin inkişafı və dünyaya inteqrasiya etməsi baxımından nə qədər əhəmiyyətli olduğu hər kəsə yaxşı məlumdur. Əvvəlki təhsillə bağlı yazılarda da qeyd etdiyimiz kimi, dövlətin əsas strukturlarından biri olan təhsil ölkədə demək olar ki, heç də yaxşı durumda deyil. Əsasən də bölgələrdə təhsilin tədbiq olunması ürəkaçan nəticələr vermir. Gələcəyimizin uğurlu və parlaq olmasında ümid yerimiz olan uşaqlar keyfiyyətli təhsilə, elmə yiyələnmədikdə bu ümumilikdə ölkə siyasəti, onun inkişafı üçün ən böyük zərbədi. Bu təkcə ölkə üçün deyil, bir gəncin, bir fərdin inkişafdan qalması, həyatının məhv olmasının ilkin təməlləridir. Yüksək elmi kəşflər keyfiyyətli təhsildən qaynaqlanır. Bir çox ölkələrdə təhsil birinci yerdə qərarlaşır. Bəs bizim ölkə üçün bu hansı sıraslarda çabalayır? Hər gün durmadan redaksiyamıza təhsillə bağlı şikayət xarakterli müraciətlər daxil olur. Bu o qədər çoxluq təşkil edir ki, artıq təəccüblənmirik. Əksinə təəssüf dolusu redaksiyanın saytında dərc edirik. Ötən buraxılışlarımızın birində Lerik rayonu Daster kənd orta məktəbində təhsilə zidd hadisələrin baş verməsi haqqında məlumat vermişdik. Bu dəfə isə yenidən Lerik rayonunda yerləşən Daster kənd tam orta məktəbdən ciddi problemlərlə bağlı bir neçə şagirdin valideynlərindən redaksiyamıza şikayətlər daxil olmuşdur. Şikayətlərdə bildirilir ki, məktəbdə özbaşınalıq baş alıb gedir. Müəllimlər vaxtı-vaxtında dərsə gəlmir, dərsləri keçmir və sadəcə jurnal yazmaqla məşğuldurlar. Hətta daha acınacaqlısı isə odur ki, rus dili müəllimi başqa fənləri də şagirdlərə keçir. Valideynlərdən birinin verdiyi məlumata əsasən məktəbdə cəmi 30 şagird var və hər sinifdə cəmi 3-4 şagird dərs alır. əgər alırlarsa...Bəlkə də şagirdlərin azlığı səbəbindən bütün bu özbaşınalıqlar yaşanır. Amma bu dərsi keçməməyə heç bir əsas vermir. 1 şagird olsa belə müəllim dərs keçməyə borcludur. Çünki ən azından dövlət tərəfindən ona maaş ayrılır. Belə bir maraqlı faktı diqqətinizə çatdıraq ki, nasist partiyasının qurucusu Adolf Hitler mitinqdəçıxış etməyə hazırlaşır. Lakin mitinqə cəmi 1 nəfər gəlir. Tribunaya çıxan fürer ürəkdolusu nitqlə danışıb tribunadan enir. Onun silahdaşları bunun heç bir mənasının olmadığığını və bir nəfərlə heç nə dəyişməyəcəyini deyir. Lakin həmin o 1 nəfər illər sonra İtaliya nasist partiyasının sədri olur və İtaliyanın tarixində yer alacaq şəxsiyyətlər sırasına düşür. Xülasə şagirdin az olması o demək deyil ki, dərslər başdansovdu keçirilməlidir. Həmin o 3-4 nəfər içərisindən ölkənin inkişafında uğurlu dönüş edəcək şəxsiyyətlər dəola bilər. İllər sonra həmin şagirdin kim olacağını heç kəs deyə bilməz. Öncəki məqalələrin birində də məktəbin idman zalının heç bir işə yaramadığı haqqında yazı qeyd etmişdik. Fotolarda da göründüyü kimi idman zalı boş vəziyyətdədir. Heç bir idman avadanlığına belə rast gəlinmir. Məktəbin xarici görünüşünə də nəzər salsaq bir çox hissələrinin uçulub töküldüyünü, ayaqyolusunun isə yararsız vəziyyətdə olduğunu görərik. Valideyn bildirir ki, məktəbdə valideyn iclası ümumiyyətlə keçirilmir. Şagird evə gəlibn heç bir dərs keçirilmədiyini, saatların boş keçdiyini deyir. Redaksiyamıza fəryad edən edən valideyn deyir ki, əgər dərs keçirilməyəcəksə niyə bu məktəb fəaliyyət göstərir. Valideyni hiddətləndirən əsas amillərdən biri də məhz bunlardır. İllərlə əziyyət çəkib böyütməyə çalışdığı övladı təhsildən məhrum olur. Övladının təhsil alması üçün dəridən qabıqdan çıxan vətəndaş regional üzrə təhsil şöbəsinə zəng vurub şikayətini bildirib. Lakin şöbə müdiri Seyran müəllim valideynə gözlənilməz cavab verərək onu hövsələdən çıxardıb. Seyran bəyə ötən əsrin ikinci yarısında təhsilin daha keyfiyyətli olduğunu, ən azından valideyn icalsının keçirildiyini və ayda bir-iki dəfə təhsil inspektorlarının məktəbə gəldiyini vurğulayıb. Regional təhsil şöbəsinin müdiri Seyran bəy bu cür keyfiyyətlərin ötən əsrdə qaldığını, köhnə kişilərin də elə köhnədə qaldığını deyib. Məktəbdə o qədər özbaşınalıq, neqativ hallar var ki, saymaqla bitmir. Fərz edin ki, 5-ci sinif şagirdləriylə 7-ci sinif şagirdlərinə bir sinifdə eyni vaxtda dərs keçirilir. İndi siz özünüz hansı səviyyədə dərs keçirildiyi barədə düşünün və qiymətləndirin. Maraqlısı odur ki, bütün bu özbaşınalıqlara məktəb direktoru heç bir məhəl qoymur? Təhsil müəssisəsində rəhbər vəzifəsində çalışan bir şəxsin niyə laqeydlik göstərməsi çox maraqlıdır. Görəsən təhsil şöbəsindən niyə indiyədək bir nəfər nümayəndə gəlib bütün bu olanlarla maraqlanmır? Əgər maraqlanırsa və buna təhsil şöbəsi də göz yuymursa deməli vəziyyət göründüyündən daha ciddidir. Ötən buraxılışlarımızda Daster tam orta məktəbinə aid olan texniki avadanlıqların müəmmalı şəkildə oğurlanması yer almışdır. Eyni zamanda davamlı olaraq bir sıra fənn müəllimlərinin davamiyyətli dərsdə iştirak etmədən əmək haqlarının əldə etməsi barədə məlumat vermişdik. Amma təhsil ocağında baş verən qanuna zid hadisələrə təhsil nazirliyi nədən biganə yanaşır? Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq: Conflict.az Geri qayıt |