Əsas Səhifə > Ölkə, Manşet > Eldar Mahmudovun məşhur hakimindən Prezidentə şikayət edildi
Eldar Mahmudovun məşhur hakimindən Prezidentə şikayət edildi9-04-2019, 10:31 |
Bir qrup vətəndaş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov haqqında Prezident İlham Əliyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova və digər qurumlara şikayət edib. Şikayətlərinin bir surətini də Gununsesi.org-a yollayan vətəndaşlar Novruz Kərimovun qanunsuz əməllərinin ictimailəşməsini xahiş edib. Vətəndaşların şikayətini olduğu kimi təqdim edirik: Hörmətli Cənab Prezident və səlahiyyət sahibləri! Bakı Ağır CinayətlərMəhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov)1(101)-100.18 saylı 14.05.2018-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Firdovsi Səfər oğlu Səfərov haqqında CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirlmədiyi əsası ilə barəsində CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılmışdır. Hörmətli səlahiyyət sahibləri!hakim Novruz Kərimov qanunsuz,Şəxsi maraqlarını rəhbər tutaraq ədalətsiz,şəxsi ambisiyalarına uyğun olaraq 9 epizod üzrə təqsirləndirilən şəxsə bəraət vermişdir.Halbuki təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli həm ibtidai istintaq,həm də birinci instansiya məhkəməsindəki icraat zamanı dindirilimiş zərər çəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edilərək tam sübuta yetirilimişdir. Lakin birinci instansiya məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov tam,hərtərəfli və obyektiv araşdırılma aparmamış,məhkəmə Firdovsi Səfər oğlu Səfərovun müdafiəçisi rolunda çıxış etmiş,zərəçəkmiş şəxs və şahidlərin ifadələri təhrif edilmiş,mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə qanunsuz və əsassız olaraq bəraət vermişdir. Xüsusilə qeyd etmək lazımdır ki,hakim Novruz Kərimov həm zərərçəkmiş,həm də mülki iddiaçı kimi məhkəməı baxışı zamanı verdiyimiz ifadələri təhrif etmişdir.Hətta təqsirləndirilən şəxs həyasızcasına artıq bəraət hökmünün cibində olduğunu bildirmişdir.Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinin qəbulunda olduq,şikayət ərizəmizi qeydiyyatdan keçirmişik,yəni Firdovsi Səfərov artıq bəraət hökmünün hazır olduğunu bilirdi. Qeyd edək ki,hakim tərəfindən ifadələrimiz saxtalaşdırılıb.Belə ki,ümumiyyətlə,məhkəmədə zərərçəkmiş şəxslər bir-birini tanımadğı halda hakim hökmdə göstərmişdir ki,guya biz əvvəldən bir-birimizi tanımışıq.Məhkəmə hökmünə hüquqi don geyindirmək üçün Novruz Kərimov belə addım atıb,yəni ifadələrimiz saxtalaşdırılıb. Hökmlə tanış olduqda adama elə gəlir ki,biz yalnız borca pul vermişik.Əslində məhkəmə məhz həmin məqsədlə də protokolu saxtalaşdırmışdır.İbtidai istintaq zamanı verdiyimiz ifadələrdə bütün məsələləri geniş şəkildə açıqlamışıq. Bundan başqa bildiririk ki,Novruz Kərimovun çıxardığı hökmə əsasən guya Firdovsi Səfərov antifriz və maşın yağlarının topdan və pərakəndə ticarəti ilə məşğul olmamış,bu ticarətdən gəlir əldə edəcəkləri adı altında zərərçəkmiş şəxsləri aldatmamışdır. Əslində hökmlə tanış olduqda bizdə elə təəssürat yaranır ki,məhkəmə təqsirləndirilən şəxsin və müdafiəçisinin mövqeyindən də fərqli mövqe nümayiş etdirib.Belə kİ,həm ibtidai istintaq,həm də məhkəmə istintaqı zamanı Səfərov Firdovsi 2016-cı ilin 4 iyun tarixindən hamıya pulunun ödəməsini göstərdiyi halda ,məhkəmə isə onun ümumiyyətlə belə fəaliyyətlə məşğul olmadığını göstərmişdir. Məhkəmə daha irəli gedərək Səfərov Firdovsini özü tərəfindən yazılan pulunun alınıb-verilməsini təsdiq edən qeydləri belə uydurma və həqiqətə uyğun olmayan məlumatlar kimi qiymətləndirir.(Hökmün 35-ci səhifəsi).Lakin onu əsaslandıra bilmir. İş üzrə Vəliyev Əbülfəzin ifadəsi faktiki olaraq Səfərov Firdovsinin dələduzluq əməlini sübut edir.O,istintaqda və məhkəmədə göstərmişdir ki,Firdovsi ümumililkdə 175 min dolları mənə yağ və antifriz alverindən qaytarmışdır.Məhkəmə Firdovsinin hansı pullar vasitəsilə Əbülfəzin pulunun qaytarılmasını araşdırmamış,həmin məsələyə ümumiyyətlə gəlməmişdir. Firdovsi Səfərov özü ibtidai istintaq zamanı həm şikayətçi,həm şahid,həm də təqsirləndirilən şəxs qismində verdiyi izahat və ifadələrdə zərərçəkmiş şəxslər ilə yağ alveri ilə məşğul olması və bundan gəlir əldə edəcəkləri ilə əlaqədar zərərçəkmiş şəxsləri aldadaraq pulları götürdüyünü sonda isə zərərçəkmiş şəxslərə həmin işdən borclu qaldığını,bu səbəbdən də ona qarşı təhdidlər olduğunu bildirmişdir. Bu faktı eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş qardaşı Rəfasil də göstərmiş,Firdovsi qardaşının həmin ifadəsinə heç bir etirazını bildirməmişdir.Bu faktı eyni zamanda ibtidai istintaq zamanı Abşeron Rayon prokuroruna yazdığı 05.07.2016-cı il tarixli ərizəsində həm də Abşeron Rayon Polis İdarəsində verdiyi 05.07.2016-cı il tarixli izahatında,həm də müdafiəçisinin yanında 08.11.2016-cı il tarixdə Abşeron Polisində dindirilən zaman Firdovsi özü dəfələrlə təsdiq və etiraf etmişdir.Firdovsi Səfərov tərəfindən Abşeron Polis İdarəsinə verdiyi və Səmədov Elmardan pul alınmasını təsdiq edən özü tərəfindən əlyazma şəklində verdiyi iltizam belə hakim Novruz Kərimov tərəfindən nəzərə alınmayıb. Ümumiyyətlə,birinci instansiya məhkəməsinin Firdovsi Səfərovun ibtidai istintaq zamanı özünün öz xətti ilə yazdığı ərizəyə verdiyi izahat və ifadəyə tənqidi yanaşması ,məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxs kimi verdiyi ifadəni əsas kimi qəbul etməsi ,bununla da həm həmin hissədə ittihamı,həm də mülki iddianı rədd etməsi tamamilə qanunsuz və əsassızdır. Novruz Kərimovun çıxardığı hökmdən belə nəticəyə gəlmək olur ki,istənilən təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özü ittihamı qəbul etdiyi halda məhkəmə baxışı zamanı isə özünü təqsirli bilmədiyi halda ona bəraət verilməlidir.Təbii ki,bu yanaşma qəbul edilə bilməz. Hörmətli səlahiyyət sahibləri!sizdən xahiş edirik ki,Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov haqqında tədbir görəsiniz.Onun çıxardığı ədalətsiz qərarlardan bizim kimi digər zərərçəkmiş şəxslər də ziyan çəkməsin. İmza: Səmədov Elmar Əfrad İsmayılov Cəmil Cavanşir Zeynalova Gülşən İgid Abbasov Ehram Atamalı Səmədov Zaman Afrad Mirzəyev Nadir Mirzəcan Yusifov Səfər Hüseynov Tural Rəsul Onu da qeyd edək ki, Novruz Kərimov uzun illər Milli Təhlükəsizlik Nazirliyində müstəntiq işləyib. Onun məhkəmə sisteminə sabiq MTN şefi Eldar Mahmudov tərəfondən yerləşdirilməsinə dair çoxsaylı iddialr var. Beləki, MTN tərfindən şərlənərək həbs edilən insanlara sifarişli hökmləri çıxaran Novruz Kərimov uzun illər cəzasızlıq mühitində çalışıb. Ümid edək ki, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları nəticəsində bu cür hakimlər də öz layiqli cəzalarını alacaq və onlar məhkəmə sistemindən uzaqlaşdırılacaq. Gununsesi.org Geri qayıt |