Əsas Səhifə > Ölkə, Manşet > Vəkilə 7500 manat verdi, məhkəmədə müdafiəsiz qaldı

Vəkilə 7500 manat verdi, məhkəmədə müdafiəsiz qaldı


12-04-2019, 16:10
Vəkilə 7500 manat verdi, məhkəmədə müdafiəsiz qaldı
Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi ev 22-də yaşayan Rəhimova Göyçək Aslan qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Mehriban xanım!

Mən mülki iş üzrə xususi mülkiyyətçi 81 yaşlı anam Hacıyeva Zümrüd Əhmədovna qızının etibarnaməsi əsasında onu rəsmi təmsil edirəm. Yaşadığımız Akademik Mirqasımov küçəsi ev 22-də yerləşən xususi mülkiyyətimizin zirzəmisinin saxta sənədlə qanunsuz olaraq başqa şəxsə verilməsi haqda məhkəmə işi ilə əlaqədar bizim vəkil xidmətindən istifadəyə zərurət yarandı. Bakı şəhər Nəsimi rayon Dağıstan küçəsi ev 36 mənzil 86-da yaşayan İsmayılov Tahir İsrafil oğlunun vasitəsi ilə Bakı şəhər Zığ Yolu ev 26 mənzil 94 ünvanında fəaliyyət göstərən "Nicat Ko" MMC-nin direktoru Əlizadə İltiham İsmayıl oğlu ilə 20 fevral 2013-cü ildə hüquqi xidmət haqqında müqvilə imzalamışıq. Müqviləyə əsasən, vəkil İltiham Əlizadə məhkəmədə bizim hüquqlarımızı müdafiə etməli, məhkəmə iclaslarına çıxmalı olduğu halda, işimizə biganə yanaşaraq, məhkəmələrə çıxmadı. Hər dəfə onunla görüşəndə bizdən pul alırdı. Bir neçə dəfə olmaqla toplam vəkil İltiham Əlizadəyə 7500 manat pul vermişəm.

Mən İltiham Əlizadədəyə verdiyim pulun geri qaytarılması üçün Bakı şəhər Baş Prokurorluğuna müraciət etdim. Bakı şəhər Prokurorluğu müraciətimi Xətai rayon Prokurorluğuna göndərildi. Xətai rayon Prokurorluğunda İltiham Əlizadəyə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlandı. Amma qısa vaxt ərzində başlanmış cinayət işi rədd edildi.

Mənim təkrar Xətai rayon Prokurorluğuna etdiyim müraciətdən sonra Xətai rayon Polis İdarəsinin müstəntiqi Tofiq Namazov araşdırma aparaq təqdim etdiyim subutlarla (vəkil İtiham Əlizadə ilə olan telefon danışığının diski ilə) birlikdə işi göndərdi Xətai rayon Prokurorluğuna və prokuror Yusif İldırımzadənin göstərişi ilə istintaqın aparılması müstəntiq Səbuhi Mehbalıyevə həvalə olundu. Bir müddətdən sonra müstəntiq Səbuhi Mehbalıyev tərəfindən cinayət işinin başlanması rədd edildi. Bu minvalla mənim Bakı şəhər Baş Prokurorluğuna hər dəfə müraciətimdən sonra Xətai rayon müstəntiqləri Ruslan Sadıqov, Samir Həsənov, Samir Ağayev və Məhəmmədəli Cümşüdov tərəfindən cinayət işi başlanıldı və rədd edildi. Başlanmış cinayət işlərində Xətai rayon Prokurorluğunun müstəntiqləri mənim müraciətimi obyektiv araşdırmadılar. Şikayətlərimlə başlanmış cinayət işi qısa vaxt ərzində araşdırma aparılmadan rədd edilirdi. Şahidlər dindirilmir, təqdim etdiyim danışıq yazıları cinayət işinin arasından yoxa çıxarılır. Hətta bir jurnalistin əli ilə Xətai rayon Prokurorluğunda mənə şər atmaq niyyətləri olsa da, bu baş tutmadı.

İltiham Əlizadəyə verdiyim yeddi min beş yüz manatdan iki minıni qaytarıb. Qalan beş min beş yüz manat pulumu isə vəkillik adı ilə dələduzluqla məşğul olan İltiham Əlizadədən ala bilmirəm. Xətai rayon Prokurorluğu isə bu dələduzun etdiyi cinayəti ört-basdır edirlər. Halbu ki CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmışdır. Bu maddə ilə cinayət işi xeyli miqdarda ziyan vurduqda açılır. İltiham Əlizadənin mənə xeyli miqdarda ziyan vurması barəsindədə prokurorluda kifayət qədər tutarlı subutlar təqdim etmişəm. Amma bunun nə faydası, cinayət törənib, onu subut etmək üçün subutlar da kifayət qədər var, ancaq əməl etmək lazımdır.

Bunu Xətai rayon Prokurorluğunun etməsi çətin məsələdir. Ona görə də İltiham Əlizadənin məni aldatması ilə bağlı mülki qaydada Xətai rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə mənim müraciətimi icraata götürüb və Cavid Hüseynovun sədrliyi ilə 15 aprel 2019-cu ildə saat 16.30-da iclasını keçirdəcək.

Hörmətli Mehriban xanım!

İtiham Əlizadəyə verdiyim bu pulu mən qonşudan borc götürmüşəm. Hal-hazırda həmin borcu ödəmək imkanımız da yoxdur. Vəkil adıyla dələduzluqla məşğul olan İltiham Əlizadənin mənə beş min manat ziyan vurmasl cinayət əməlidir. Amma Xətai rayon Prokurorluğu onun törətdiyi bu cinayət əməlini müdafiə edir. Bu haqsızlığa artıq dözə bilmirik. Hətta ailəlikcə özümüzə qəsd etmək dərəcəsinə çatmışıq. Son ümüdimiz göydə Allaha, yerdə sizə və cənab Prezidentimiz İlham Əliyevədir. Ona görə də sizdən 15 aprel 2019-cu ildə Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmənin ədalətli və obyektiv qərar verilməsinə köməklik etməyinizi xahiş edirəm”.
Hurriyyet.org

Geri qayıt