Əsas Səhifə > Ölkə, Manşet > Bakıda piyadanı xurd-xəşil edən oliqarx kimdir?

Bakıda piyadanı xurd-xəşil edən oliqarx kimdir?


1-05-2019, 11:37
Bakıda piyadanı xurd-xəşil edən oliqarx kimdir?
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, yaralının vəziyyəti olduqca kritikdir, həyatı təhlükəsi var.

“Dünən gecə saatlarında təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına gətirilən yaralının başında zərbədən hematoma yarandığı müəyyən edilib, təcili əməliyyat olunub. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti olduqca ağır qiymətləndirilir”, - Abubəkirov əlavə edilib.

Hadisə “Neolit” şadlıq sarayının yanında baş verib. Piyadanı vuran avtomobil saxlamayıb, sürətlə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar. Yaralı orta yaşlı kişinin üzərində heç bir sənəd olmadığından hələlik şəxsiyyəti müəyyən edilməyib.

***

Azərbaycan oliqarxları və onların yaxınları, yaxud törəmələri “hərəyə azı bir piyada öldürək” devizini uğurla həyata keçirməkdədir. Oliqarxiya çevrələrinə bağlı olan sürücü tərəfindən növbəti piyada vurulması hadisəsi ötən gün axşam Nizami rayonunda baş verib. (“Qafqazinfo”)

Aprelin 30-da saat 22.00 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Həmin sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edir. Özü də eyni vaxtda. Bu barədə sosial şəbəkələrdə həmin sürücü tərəfindən fotolar nümayiş etdirilir.

Bakıda piyadanı xurd-xəşil edən oliqarx kimdir?

Virtualaz.org hadisəni törədən sürücü ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan “Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, “Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə “çox nüfuzlu biri” kimi tanıyırlar.

Hələlik hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı rəsmi məlumat yaymayıb. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev isə virtualaz.org-a açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillədə istifadə olunması faktının araşdırılacağını dedi: “Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.

Bakıda piyadanı xurd-xəşil edən oliqarx kimdir?

Xatırladaq ki, oliqarxların törəmələrinin eyni dövlət nömrə nişanını çoxsaylı avtomobil kolleksiyasında yer alan müxtəlif avtomobillərə yapışdırması geniş yayılmış haldır. Dəfələrlə bu barədə faktlar, görüntülər yayılıb.

Geri qayıt