Əsas Səhifə > Ölkə, Manşet > Lənkəran icra hakimiyyətində rəsmi özbaşınalıq...

Lənkəran icra hakimiyyətində rəsmi özbaşınalıq...


11-06-2019, 10:00
Lənkəran icra hakimiyyətində rəsmi özbaşınalıq...
Son bir il ərzində bir çox media qurumlarında Lənkəran şəhər İcra Hakimiyyətində yaşanan çoxsaylı qanunsuzluq və biabırçılıqlarla bağlı silsilə tənqidi məqalələr işıq üzü görüb.

Baş verən belə bir olaylarla bağlı Gündemxeber.az saytının redaksiyasına da ilginc məlumatlar daxil olub. Daxil olan məlumatlar sırasında saxta diplomlu şəxslərin işə götürülmələri və digər maxinasiyaların varlığı daha çox üstünlük təşkil etməkdədir. Məsələn, daxil olan məlumatlarda iddia olunur ki, bəzi şəxslərə məxsus diplomların saxta olmasına baxmayaraq, həmin şəxslər RİH-i başçısının hansısa maraqları çərçivəsində və “dobro” deməsindən sonra işə götürülürlər. Hansı ki, həmin şəxslərə məxsus diplomlar Təhsil nazirliyi tərəfindən heç bir halda tanınmayıb. Bu yöndə məlumatları redaksiyamıza çatdıran mənbə onu da bildirir ki, Lənkəran RİH Aparatında belə bir “qara işlər” icra başçısının müavini Rasilə xanım Əliyeva və başçının köməkçisi Elnur Hüseynov tərəfindən həyata keçirir. Daxil olan informasiyalarda maraq doğuran və hər kəsi təəccüb edən anlardan biri də, hər iki vəzifə sahibinə məxsus bahalı avtomobillərin varlığıdır. Belə ki, xanım müavinə məxsus avtomobilin dəyərinin 100 min manat olduğu, Elnur Huseynova məxsus avtomobilin isə, 50 min manat dəyərində olduğu bildirilir. Sözsüz ki, hər iki vəzifə sahibi hansısa addımını atarkən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı atılmış addımlardan xəbərdar olur və yeri gəldikdə onlara “yaşıl işıq” da yandırır.

​ Düşündürücü hal odur ki, RİH Aparatında adı daha çox qalmaqallı olaylarda hallanan vəzifə sahiblərindən biri, bəlkə də lap birincisi, icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə xanım Əliyevadır. Belə ki, daxil olan məlumatlarda iddia olunur ki, xanım Əliyeva bu gün də vəzifə səlahiyyətindən sui-istifadə etməkdədir və inhisarında saxladığı Lənkəran Dövlət Universitetini, ayrı-ayrı müəssisələri talamaqla məşğul olur. Yəni, bu şəxs uşaq baxçalarına müdir təyinatını özü həyata keçirir. Buna da əsas səbəb, icra başçısının ona belə bir səlahiyyəti həyata keçirməsini tapşırmasıdır. Adı çəkilən xanım da, məhz atdığı addımların qarşılığında icra başçının “kassir” rolunu uğurla həyata keçirir. Lənkəranda dolaşan söz-söhbətlərə görə, Rasilə xanım Əliyeva “prestijnı” uşaq baxçasına müdür təyinatı zamanı, qarşı tərəfi nə az, nə də ki, çox düz ​ 20 0000 AZN “xərcə salır”. Sözsüz ki, belə bir fantastik məzənnə Rasilə xanımın ixtirası deyil, bu birbaşa Lənkəran ŞİH başçısı Taleh Qaraşovun verdiyi sifarişin varlığıdır.​ Əldə etdiyimiz şifahi məlumatlara görə, bunları Rasilə xanımın özü də təsdiq edib.

​ ​ ​ Digər məlumatlarda isə bildirilir ki, bu gün Rasilə Əliyevə şəhərdə əsas söz sahibi olan şəxslərdən birinə çevrilib. Yəni, Lənkəranda elə bir müəssisənin rəhbər yoxdur ki, həmin şəxs xanım müavinlə hesablaşmasın. Belə ki, əgər hansısa vəzifə sahibi “Qanunlara” tabe olmazsa, o halda həmin şəxs dərhal vəzifəsindən uzaqlaşdırılar. Bir sözlə, Lənkəranda baxça və müəssisələr, Lənkəran Dövlət Universiteti və digər qurumların rəhbərləri Rasilə Əliyeva tərəfindən “yüklənməkdədir”. Elə hallar da olur ki, başçının müavini qazanc məqsədilə baxça müdirlərindən bəzilərini daşıdıqları vəzifələrindən kənarlaşdırır. Səbəb də, müdir və müavinlər arasında anlaşılmayan pul məsələlərinin varlığı olur. Yaşanan belə bir olaylarla bağlı, redaksiyamıza adının çəkilməsini istəməyən sabiq baxça müdürələrindən biri məlumat verib. Həmin şəxsin iddiasına görə bu xanım topladığı vəsaitlər hesabına, bu gün Lənkəranda neçə-neçə obyektlər inşa etdirmək istəyindədir. Amma, ona məxsus obyektlərin inşası qeyri-qanuni olduğundan, tikinti işləri bir müddətdir ki, dayandırılib.​ Belə bir halın varlığı hələ ki, Rasilə xanımı ruhdan salmayıb. Yəni, hal-hazırda bu xanım daşıdığı vəzifəsindən “ikiəlli yapışıb” və “kor atı minib köndələn çapmaqla” məşğul olur.

P.S. Hörmətli oxucular! Biz müəyyən araşdırmalarımızı aparmaqla, Rasilə xanım Əliyevanın ötən il icra başçısı ilə birlikdə Türkiyə dövlətinə “səfəri zamanı” əldə etdiyimiz “sıcaq məlumat”ları, hətta adı çəkilən bu xanımın Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə ilə qurduğu işbirliyinin mahiyyətini və digər olayların varlığını, çox yaxın zamanlarda diqqətinizə çatdırmağa çalışacağıq. Yəni, üstüörtülü şəkildə belə bir məlumatlar əldə etmişik ki, bu ilin sentyabr ayında ölkə rəhbərinin Lənkərana gözlənilən səfəri zamanı Rasilə xanım yaxın qohumu Yadulla Ağazadəni, adı çəkilən Universitetə rektor təyin etdirmək üçün, lazımi səylərini əsirgəməyəcək. Odur ki, bizi izləməyi unutmayın.

Geri qayıt