Əsas Səhifə > Ölkə, Manşet > "Leş Tofiq"in "Ovçular"la nə əlaqəsi?..
"Leş Tofiq"in "Ovçular"la nə əlaqəsi?..14-10-2019, 09:55 |
Azərbaycanın qida sənayesində qorxunc vəziyyət bütün sahələri əhatə etməkdədir. Əhalinin sağlamlığına və genofonduna “terror” kimi qiymətləndirilən mənşəyi məlum olmayan məhsullar ölkənin bazarlarını, marketlərini bürüyüb. Bu siyahıya yağ, düyü, ağartı, o cümlədən ən çox narahat doğuran kolbasa-sosiska və s. məhsullar daxildir. Son dövrlərdə ortaya çıxan faktlar, iddialar, vətəndaşların şikayətləri, ən əsası “Leş Tofiq” adlı şəxsin tonlarla leş ət satmasının aşkarlanması bir təşviş, haqlı olaraq bir həyəcan doğurmağa başlayıb. Çünki illərdir ki, kolbasa, dönər və s. məhsulların murdar, ölü, leş, qoca ətlərdən hazırlanması ittihamları səslənsə də, şirkətlər inkar edir, rəsmi qurumlar yola verən açıqlamalarla çıxış edirdilər. Amma təkcə “Leş Tofiq”lə sübut olundu ki, millətin gələcəyi, uşaqlarımızın sabahı zəlil günə salınır, şikəst edilir, genofond dağıdılır, dünyaya övlad gətirəcək valideynlər məhv olunur, onkoloji xəstəliklər yayılır. Eyni zamanda apardığımız araşdırmalar zamanı ucuz, mənşəyi bilinməyən, kərə adı ilə satılan yağları ortaya çıxarmağımız qida bazarında anarxiyanın olduğunu sübut etdi. Amma anoloji vəziyyət həm də kolbasa-sosiska məhsulları ilə bağlı hökm sürür. Bu günlərdə “Leş Elgün” adlı birinin ələ keçməsi göstərdi ki, heç də murdar ət satanların kökü kəsilməyib. Bu da istər-istəməz şübhələr yaradır ki, bu məhsullar dönərxanalara, kolbasa sexlərinə göndərilir. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi lazımi səviyyədə araşdırmalar aparmır. Reportyor.info bu xüsusda yağ bazarından sonra kolbasa-sosiska sektorunda apardığı internet araşdırmalarını təqdim etmək qərarıma gəlib. Həftə sonu bir neçə kolbasa şirkətinin internet resurslarında adlarını axtarış verdik və belə aydın oldu ki, hər firma haqda ayrıca təftişə zərurət var. Bu təftişi həm AQTA, həm də onların müşayiəti ilə media aparmalıdır. Çünki əksər kolbasa firmalarının barəsində neqativ informasiyalar daha çoxdur. Bunun səbəblərinə özləri də aydınlıq gətirməyiblər. Axı, ilk növbədə elə həmin şirkətlərin reputasiyasına zərbədir?! Ona görə özləri maraqlı olmalı, rəsmi qurumlarla jurnalistlərin birgə yoxlamalar aparmasını, mediatur təşkil edilməsini istəməlidirlər. İctimaiyyəti inandırmalıdırlar ki, istehlakçılara təklif etdikləri məhsullar heç də ölü, xəstə və ya “Leş Tofiq” kimi adamlardan alınmış ətlər deyil. Bu aydınlıq gətirilməyincə, kolbasa şirkətlərinə olan şübhələr uzun müddət davam edəcək, müştərilərini getdikcə itirməyə başlayacaqlar. Uzun sözün qısası, məsələn, internetdə axtarış aparanda qarşımıza adı tez-tez çıxan firmalardan biri “Ovçular ət və ət məhsulları” şirkəti oldu. Yəqin ki, şirkət rəsmiləri özləri də internetdə araşdırsalar, istehsal etdikləri məhsuldan qorxacaqlar. Görəsən, doğurdanmı belədir? Uşaqlarımıza bu firmanın kolbasa-sosiskalarını həqiqətən yedirə bilərik, ya yox? Çünki ayrı-ayrı informasiyalarda “Ovçular ət və ət məhsulları” haqda dəhşətli, ürəkbulandıran, vahimə yaradan məqamlar qeyd olunub. Misal üçün: 2015-ci il. “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxır. 2016-cı il. Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır. 2016-cı il. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir. 2017-ci il. “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur. 2017-ci il. Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polisİdarəsinin əməkdaşlarının iştirakı ilə Rəsulzadə qəsəbəsi, H.Ağamalıyevküçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alikoğluna məxsus kolbasa məhsullarının satışı anbarın dayararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarımhisəverilmiş “Krakovskaya” və ”Xlbmaya” kolbasaları, eləcədə “Ovcu” sosiskanümunələrininolmasımüəyyənedilir. Reportyor.info mediaya istinadla yazır ki, “Ovçular” haqda iddialar bununla məhdudlaşmayıb. Mətbuatda gedən iddialara görə, müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil. MMC fəaliyyətə başladığı 1992-cı ildən bu tərəfə məhsul assortimentini təxminən 170-ə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib. Bundan əlavə əldə, şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzindən Gigiyenik sertifikatı olsa da, kolbasa və delikateslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqredientlərin keyfiyyəti, haradan və hansı ölkədən idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi yoxdur. Şirkət isə saytların birində rəsmi açıqlama verərək ümumi mətbuatı böhtan yazmaqda günahlandırıb. Amma müəssisədə “açıq qapı” günü elan edə, medianı istehsalat prosesi ilə tanışlığa çağıra bilərdi. İddialar səslənir ki, son vaxtlar bu məhsulları alanlar da azalıb. Amma “Ovçular” bu mənada bazarda tək deyil, bir çox kolbasa şirkətləri inamı itiriblər, əhali onlara yaxın getmir. Hazırda daha çox “Belarus” mağazalarından kolbasa almağa üstünlük verilir. Çünki “SAB”, “Ovqat”, “Rosko”, “Səhliyalı” və s. şirkətlər də etimadı itiriblər. Onlarla bağlı araşdırmalarımız da olacaq. Ümumiyyətlə, qida bazarındakı xaos olduqca narahatedicidir və AQTA tərəfindən yoxlamalar davamlı xarakter daşımalıdır. Bununla belə, adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Reportyor.info Geri qayıt |