Əsas Səhifə > Ölkə, Manşet > "Belə vəziyyətdə adam sağ qala bilər?"
"Belə vəziyyətdə adam sağ qala bilər?"31-10-2019, 11:16 |
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan 1949-cu il təvəllüdlü, iqtisadçı-professor Müstəcab Səfərov oktyabrın 23-də vəfat edib. DİA.AZ bildirir ki, bu barədə mərhumun oğlu Aqil Səfərov məlumat verib. Aqil Səfərov atasının kəskin ürək çatışmazlığından öldüyünü deyir: “Onu gecəylə Böyük Şor qəsəbəsində yerləşən Müalicə Müəssisəsindən hospitala gətiriblər, kəskin ürək çatışmazlığı keçirən adamı ayaqüstə hospitala gətiriblər. Belə vəziyyətdə adam sağ qala bilər?” Aqil Səfərov deyib ki, atası bu il, fevralın 22-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunaraq saxlanılıb: “Atamın 70 yaşı vardı, bu yaşda xəstə adamı dələduzluq ittihamı ilə həbs etdilər, şər-böhtan idi. Guya atam 2011-ci ildə sənədsiz şəkildə bir qadından 250 min dollar pul alıb. Təsəvvür edirsiniz, ötən 8 ildə atam barəsində hüquq-mühafizə orqanlarına müraciət olunmayıb, ancaq gözlənilmədən atamı həbs ediblər. Onun həbsindən sonra Prezident Administrasiyasında Fuad Ələsgərovun qəbulunda oldum, ancaq işdə heç bir dəyişiklik olmadı“. Geri qayıt |