Əsas Səhifə > Ölkə, Manşet > Ağsuda Qarabağ əlilinin haqqını kimlər yeyir?
Ağsuda Qarabağ əlilinin haqqını kimlər yeyir?20-11-2019, 11:13 |
DİA.AZ: - "Ağsu RİH başçısı, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi 5 ay qabaq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mütəşəkkil dəstə şəklində kəndin yeganə zabit Qarabağ əlilinin 22 illik istifadəsində olan torpağını da dələduzluq etməklə ələ keçirib". Bu iddia DİA.AZ-a göndərilən məqalədə yer alıb. Məqalədə daha sonra bildirilir: "Rayon icra hakimiyyətinin başçısı səyyar qəbulda Qarabağ əlilinə mal-materialların alınmasında yardım etmək amacı ilə damı söküləcək evlərin dəmir örtüyündən ayıracağını, sənədsiz istifadə etdiyi torpağın sənədini verməsə ən alçaq, ən axırıncı adam olacağını deyib. Heç üç ay keçməmiş tamahı başına və başçılığına son qoyan icra başçısı xəbərdarlıq etmədən əlilin bələdiyyənin mülkiyyətində olan torpağını uşaq bağçasının tikintisi üçün ayırıb. Sual yaranır :bəyəm bu boyda rayonda yer tapılmadı ki , Pirhəsənli kəndinin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit Qarabağ əlilinin istifadəsində olan torpaq icra hakimiyyətinin “bağça biznesi”nə qurban edildi? Cavab sadədir :birincisi, başçı gəlirinin bir hissəsindən imtina edib özünün yüzlərlə hektarlıq torpağından ayırmayacaq ha! Və ikincisi, başqa yerdə bağça tikilsə, öz yaxın qohumlarını “uzaq” bağçaya müdir və digər vəzifələrə rüşvət qarşılığında təyin etmək bir qədər problem yaradacaq axı! Baxın, bir yanda torpağı əlindən alınıb, icra başçısının “uşaq bağçası biznesi”nə qurban edilən , sosial-iqtisadi layihələrdən məhrum edilən Qarabağ əlili , digər yanda yüzlərlə hektarlıq torpağının bir qarışını da güzəştə getməyən, hələ üstəlik özünə yeni korrupsiya obyekti qazanan icra hakimiyyəti və əlaltıları!" dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |