Əsas Səhifə > Ölkə, Manşet > Siraqəddin Cabbarovdan seçkilərə müdaxilə...
Siraqəddin Cabbarovdan seçkilərə müdaxilə...10-12-2019, 10:11 |
DİA.AZ: - "Sabirabadda bələdiyyə seçkiləri indidən baş tutmamış hesab oluna bilər. Çünki ilk günündən icra başçısı Siraqəddin Cabbarov seçkiləri saxtalaşdırmağa baş vurub". Bu sözlər DİA.AZ-a Sabirabaddan daxil olan müraciətdə yer alıb. Müraciət müəllifləri dia-az.life-a daha sonra yazırlar: "Mərkəzi Seçki Komissyasının sədri Məzahir Pənahov mətbuata açıqlama verir ki, bələdiyyə seçkilərində namizədliklərini irəli sürənlərin heç birinə rədd cavabı verilməyib. Amma cənab MSK sədrinin ya Sabirabaddan xəbəri yoxdur, ya da Azərbaycanın hər yerində eyni mənzərə olduğundan ümumi planda yalan danışmağa üstünlük verir. Çünki konkret olaraq Sabirabadda heç də hər kəs namizəd ola bilmədi ki, onlara da şərait yradılsın. İlkin olaraq Siraqəddin Cabbarovun adından adamlar ilk başdan - namizədlik irəli sürülən mərhələrə təzyiqlə üz-üzə qaldılar. Belə şəraitdə kimə rədd cavabı verməli idilər ki? Öz adamlarına?". Daha sonra dia-az.life-a yazan narazı sabirabadlılar qeyd edir: "Siraqəddin Cabbarov bununla da kifayətlənmir. Artıq indidən seçkilərə seçki günündə də müdaxilə etməyə hazırlaşır. Yerli məmurları bir ordu kimi səfərbər edib ki, karusel əməliyyatını təşkil etsinlər. Belə də biabırçılıq olarmı?" İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |