Əsas Səhifə > Ölkə, Manşet > İmişlidə seçkilərin taleyi həll olunub

İmişlidə seçkilərin taleyi həll olunub


29-01-2020, 09:40
İmişlidə seçkilərin taleyi həll olunub
79 saylı İmişli seçki dairəsində icra hakimiyyətinin namizədlərdən birinin xeyrinə seçkiyə müdaxilə etdiyi bildirilir.

AzToday.az xəbər verir ki, “Facebook”dakı İmişli adlı səhifədə bu barədə məlumat paylaşılıb. Məlumatda iddia olunur ki, İmişli rayon icra başçısı Vilyam Hacıyev “AXCP” sədri Razi Nurullayevin deputat olması üçün inzibati resursları işə salıb. Belə ki, yanvarın 25-də Imişli icra hakimiyyəti başçısı Vilyam Hacıyev yalnız 79 saylı seçki dairəsinə aid olan 29 kənd icra numayəndəsi və güc strukturlarını, o cümlədən təhsil şöbəsinin müdirini icra hakimiyyətinə çağıraraq qeyri-rəsmi toplantı keçirib. Bundan 2 saat sonra Razi Nurullayev icra hakimiyyətinə dəvət olunub.

Bildirilir ki, yerli səviyyədə kənd icra nümayəndələrinə sakitçiliklə seçkini Razinin xeyrinə saxtalaşdırılmasına kömək tapşırığı verilib.

Geri qayıt