Əsas Səhifə > Ölkə, Manşet > Səfər Mehdiyevin qohumları da narazılıq yaradır...
Səfər Mehdiyevin qohumları da narazılıq yaradır...18-03-2020, 11:08 |
DİA.AZ: - Dövlər Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev vəzifəyə ilk gəldiyi günlərdə "gömrükdə rüşvət faktı, inhisar faktı göstərilsə" deyərək istefa verəcəyini açıqlasa da, yerli KİV-də yer alan dəlil-sübutlar sonradan olmamış kimi üstündən keçildi. Hətta vəziyyət o həddə çatdı ki, DGK-nın mətbuat xidməti də Səfər Mehdiyevin istefasılnı qarantiləyən dəlil-sübutları təkzib etməkdən yorularaq, daha açıqlanan faktlara münasibət belə bildirmədi və bu gösməzlikdən gəlmə prosesi günü bu gün də davam etməkdədir. Elə buna görə də DGK ilə bağlı narazılıqlar sanki sıradan bir yaşantı kimi artıq normal bir hadisə kimi qəbul olunur. DİA.AZ-a müraciət edən sahibkarlar da bildirirlər ki, artıq şikayət etməkdən də yorulublar: "Çünki bizi dinləyən yoxdur". Narazı sahibkarlar bildirir ki, Səfər Mehdiyev gəldiyi gündən DGK-də elə bir sistem qurulub ki, rüşvət əvvəlkindən qat-qat artıq yığılsa da, bu yığım prosesinə qanuni don geyindirilir: "Sanki Səfər Mehdiyev gələndən sonr rüşvət qanuniləşdirilib. İndi əvvəlkindən artıq xərcimiz çıxsa da, hər şeyin qanuni olduğu iddia edilir. Səfər Mehdiyevin yaxın qohumları bu gün gömrük sistemində əməlli-başlı ay oynadırlar. İstədikləri sahibkarın malını buraxırlar, istəmədiklərinə qadağa qoyurlar. Ona gör də hansısa sahibkar şikayəti olanda da öz adından etməyə ehtiyat edir. Düşünür ki, Səfər Mehdiyevin hədəfi olacaq. Bundan sonra isə bizneslə birdəfəlik qurtarmalı olacaq. Çünki onsuz da edilən şikayətlərin faydası yoxdur. Səfər Mehdiyevin baldızı oğlu olan Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev bu gün DGK-da əsas pulyığan fiqurdur və demək olar ki, DGK sədrinin əsas qara işlərini həyata keçirir. Ona kimsə bata bilməz. Hətta iri məmurların da sözlərini eşitməyə bilir ki, bu da əslində Səfər Mehdiyevin qüdrətidir..." İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq... Geri qayıt |