Əsas Səhifə > Ölkə, Manşet > "Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama..."

"Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama..."


18-06-2020, 11:27
"Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama..."
Ehtiyat.com adlı daşıma şirkətindən bağlamaların 2 aya yaxın gecikdirilməsi ilə bağlı şikayət var.

Şikayətçi “Report”a bildirib ki, aprel ayının 29-da Moskvadan sifariş verilən bağlamalar hələ də ona təhvil verilməyib.

Onun sözlərinə görə, şirkətin təqdim etdiyi sistemdə bağlamanın təhvil verilmə tarixi müxtəlif vaxtlarda xəbərdar edilmədən ertələnib:

“Şirkətin saytında bağlamaların 5-10 gün ərzində çatdırılması bildirilmişdi. Yəni sifarişim mayın 15-də mənə təhvil verilməli idi. Mayın 15-də baxdım ki, təhvil veriləcək tarixi mayın 19-na dəyişiblər. Daha sonra mayın 29-na dəyişdilər, amma gəlmədi. Karantin rejiminə görə fikirləşdim ki, müəyyən gecikmələr olması normaldır. Ancaq şirkətin İlqar adlı əməkdaşı ilə əlaqə saxladım və mənə bağlamanın əvvəlcə iyunun 5-i, sonra 12-si mütləq təhvil veriləcəyini bildirdi. Mən də gözlədim, amma nəticə olmadı. Təkrar yığanda yenə ayın 17-si artıq son gün olduğunu və mənlə əlaqə saxlayacaqlarını dedi. Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama. Yəni hər dəfə bir tarixə ertələyirlər. Həm əsəblərim korlanıb, həm də məhsulum ortalıqda yoxdur”.

“Report” məsələ ilə bağlı Ehtiyat.com-a müraciət edib. Şirkət problemi etiraf edib:

“Karqo xidmətini yeni istifadəyə vermişik. Sizə şikayət edən şəxs bizim karqo xidmətimizdən istifadə edən ilk şəxslərdəndir. Müəyyən gecikmələr yaranıb”.

"Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama..."
"Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama..."
"Bu gün ayın 18-dir, nə zəng var, nə də bağlama..."

Geri qayıt