Əsas Səhifə > Ölkə, Manşet > Buradakıların başı pul qazanmağa qarışıb...
Buradakıların başı pul qazanmağa qarışıb...7-07-2020, 10:41 |
Bu yaxınlarda aktualxeber.az saytında “Korrupsiyalaşmış Gədəbəy səhiyyəsi” başlıqlı məqalə dərc etmişdik. Məqalədə Ramiz Pirverdiyevin yarıtmaz rəhbərliyi ucbatından Gədəbəyin səhiyyə sistemində yaşanan acınacaqlı durum və rayonun səhiyyə ocaqlarında tüğyan edən korrupsiyadan bəhs olunurdu. Sonda onu da qeyd etmişdik ki, Aktualxeber.az-ın redaksiyasına baş həkim R.Pirverdiyevin və səhiyyədəki digər məsul şəxslərin yaxın adamlarının adına olan çoxlu maaş kartlarının siyahısı daxil olmuşdur. “Ölü canlar” olan bu şəxslərin 20 ildir ki, adına yazılmış maaşı mənimsəyən baş həkim və mühasibi Səkinə Tağıyevaya bu işdə havadarlıq edənlər də var. Əsas havadar və maxinator isə uzun müddətdir ki, rayonun Maliyyə İdarəsinə rəhbərlik edən Namiq Məmmədovdur. Məsələn Süleymanova Sevinc Qəşəm qızı, Səlimova Ulduzə Süleyman qızı, “aptek Əfram”ın qızı, Aslanın qızı İlahənin adları ştatda getsə də heç bir tibb təhsili almayıblar. Uzun müddət bu adamların adlarına maaş yazılaraq mənimsənilib. Bu vəziyyətdən keçmiş icra başçısı Ramiz Yediyarov xəbər tutan kimi N. Məmmədov ona mənimsədikləri vəsaitdən haqq ayıraraq razı salmağa müvəffəq olmuşdur. Maraqlıdır ki, dövlətin vəsaitlərinin mənimsənilməsi bu gün də davam edir. Rayona rəhbər təyin ediləndən haqında heç bir mənfi fikir eşitmədiyimiz icra başçısı İbrahim Mustafayevin yəqin ki, bu maxinasiyalardan xəbəri yoxdur. Ümidvarıq ki, tezliklə əlaqədar orqanlar hərəkətə keçəcək və dövlətin mənimsənilən vəsaitləri də geri qaytarılacaqdır. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |