Əsas Səhifə > Ölkə, Manşet > “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya...
“Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya...11-07-2020, 09:40 |
Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkətində baş verən vergidən yayınma halları və pandemiya dövründə qanunsuz işdən çıxarmalarla bağlı Sozcu.az saytına şikayət daxil olub. Şikayət edən şəxslər bildirirlər ki, “OYAL”-da çalışan insanlara verilən “yemək pulu” və əmək haqları iki mərhələli şəkildə – karta köçürmə və “paket maaş” şəklində ödənilir. “Yemək pullu” və maşların cüzi bir hissəsi maaş kartlarına köçürülsə də, qalan böyük məbləğ isə qeyri leqal maaş sistemi olan “paket” şəklində əldən-ələ verilir. Şikayətçi daha sonra bildirir ki, onlar sabah təqaüdə çıxanda “paket maaş”ın miqdarı ilə yox, məhz aylıq aldıqları 150-200 manatla çıxacaqlar. Digər tərəfdən sözügedən qeyri-leqal maaş sistemi büdcəyə daxil olmaların qarşısını alır. Əgər milyonlarla vəsait “paket” maaş şəklində verilirsə, deməli həmin miqdarda vəsait də dövlət fondlarından yayındırılır. Bu korrupsiya halı şirkətdə işləyən insanları narahat etsə də, işlərini itirmək qorxusundan şirkət rəhbərindən qanuni iş tələb edə bilmirlər Şirkətdə normal idarəçilik sistemi yoxdur. Çox vaxt işçiləri işlərində baş verən nöqsanlara görə yox, şirkətin vəzifəli şəxslərinin “gözünə yaxşı görünmədikləri” üçün işdən çıxarırlar. Şirkətdə cüzi də olsa haqqını tələb etmək işini itirmək deməkdir. Şikayətçi bildirir ki, şirkətdə işə götürülən insanlara əvvəlcədən işə qəbul və öz ərizəsi ilə işdən azad edilməsi ilə bağlı tarix qoyulmayan sənədə qol çəkdirirlər. Bunun nəticəsidir ki, qanunsuz olaraq işdən çıxardıqları insanları “öz ərizəsi ilə işdən çıxdı” kimi qeyd edirlər. Şikayətçi daha sonra bildirir ki, Prezident İlham Əliyevin pandemiya dövründə şirkətlərdə və müəssisələrdə, dövlət qurumlarında işdən çıxarmaları dayandırmaqla bağlı verdiyi tapşırıqlar “Oyal” -da nəzərə alınmır. Prezidentin tapşırığına baxmayaraq, pandemiya dövründə 10-larla insan qanunsuz şəkildə işdən çıxarılıbdır. Redaksiyadan: Məsələnin maraqlı tərəfi budur ki, aylıq həcmi milyon dollarla ölçülən “paket maaş” hansı pullar hesabına ödənilir? Görünən odur ki, Azərbaycanın rəsmi iqtisadiyyatından başqa böyük “kölgə iqtisadiyyatı” da var. Bütün dünyada mənbəyi məlum olmayan bu tip pul dövriyyələri ilə mübarizə aparılır. Adətən, bu pullar iqtisadi cinayətlər nəticəsində əldə olunur və rəsmiləşmir”. Dəfələrlə yüksək çinli məmurların Azərbaycanda qeyri-leqal olan “paket maaş” sisteminin ləğv edldiyi bildirilsə də, görünür “kölgə iqtisadiyyatı” hələ də özünün gücünü qorumaqda davam edir. P.S. Məsələ ilə bağlı “Oyal” şirkətinin rəsmi e-mail ünvanına sorğu ilə müraciət etsək də, sorğumuza cavab verilmədi. Geri qayıt |