Əsas Səhifə > Ölkə, Manşet > KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş

KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş


13-07-2020, 11:23
KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş
Kənd Təsərrüfatı Nazirliyi subsidiya adı altında fermerə gübrəni az qala ikiqat qiymətə satırmış.

“Hürriyyət” qəzeti xəbər verir ki, bunu Bərdə rayonunun Gülgəzli kənd sakini Fuad Yusifov özünün facebook səhifəsində bildirib.

Fermerin yazdığına görə, “Bandotdel”-in bir neçə gün öncə üzə çıxardığı gübrə subsidiyasının yeyilməsi barədə KTN-nin ən azı ötən ildən xəbər vardı. Belə ki, o özü şəxsən bu barədə KTN-ni məlumatlandırıb. KTN-dən aldığı məktubda isə “iddia təsdiqlənməyib” cavabını alıb.

Fermer bildirir ki, mart ayında fermer kartı almaq üçün KTN-ə müraciət edib. Ona müsbət cavab verilərək istəyi yerinə yetirilib. Fermer kartı vasitəsilə gübrə subsidiyasını aldıqdan sonra isə heyrətamiz bir durumla qarşılaşıb. Məlum olub ki, bu zamana qədər mağazalardan 15-18 manata aldığı azot gübrəsini subsidiya ilə 28 manata almalıdır.

“Məsələni araşdırdım. Məlum oldu ki, azotun 1 kisəsini 18 manata hesablamaqla (əgər kartında 180 manat varsa 10 kisə) hər kisə üçün fermerə 4 manat vererek fermer kartlarında olan pulu çıxardırlar. Bu məsələni KTN-nə, həm də İqtisadiyyat Nazirliyinə yazılı olaraq bildirdim”. Bir az keçdi , rəsmi şəkildə KTN-dən bildirdilər ki, fakt təsdiqini tapmayıb. Amma qeyri-rəsmi mənə təklif (telefonla )olundu ki, mən də bir fermer rolunu oynayım, bunlar da fakt kimi təsdiqləsinlər”.

Fermerin iddiasına görə, bu korrupisiya əməliyyatında KTN-lə yanaşı Aqrolizinq də iştirak edib.

Fuad Yusifov iddialarının sübutu kimi KTN-dən göndərilən məktubun fotosunu da paylaşıb.

KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş
KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş


Geri qayıt