Əsas Səhifə > Ölkə, Manşet > "Azərbaycanın şərtləri çətindir, amma vəziyyət də günü-gündən ağırlaşır”

"Azərbaycanın şərtləri çətindir, amma vəziyyət də günü-gündən ağırlaşır”


7-10-2020, 16:16
"Azərbaycanın şərtləri çətindir, amma vəziyyət də günü-gündən ağırlaşır”
“Azərbaycanın Ermənistanla danışıqları bərpa etmək üçün irəli sürdüyü şərtlərin yerinə yetirilməsi çətindir”

Ovqat.com xəbər veri ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Parlamentinin deputatları qarşısında çıxış edərkən bildirib.

O, Azərbaycan XİN başçısı ilə telefonla danışdığını və Ceyhun Bayramovun söylədiklərindən narahat olduğunu bildirib.

"O mənə dedi ki, Ermənistan Qarabağdan konkret çıxış qrafiki ilə razılaşmayana qədər döyüşlər davam edəcək. Danışıqların bərpası üçün bu şərt çox çətindir, amma hər gün də vəziyyət ağırlaşır", - deyə Borrel qeyd edib.

Geri qayıt